Tağıyev İbrahim Tağı oğlu () — Azərbaycan-sovet partiya və dövlət xadimi.

Həyatı və fəaliyyəti 1894-cü ildə anadan olub. 1917-ci ilin fevral ayından Hümmət partiyasının üzvü olub. 1919-cu ilin aprelində Rusiya Kommunist (bolşevik) Partiyasının üzvü olub. 1919-cu ildə]] Tiflisdə təşviqatçılıq fəaliyyəti göstərib. 1920-ci ildə Azərbaycan SSR-in Tovuz qəza şurası İcraiyyə Komitəsinin sədri olub. Azərbaycan KP (B) Nuxanın qəza, Naxçıvanın vilayət komitəsinin, Gəncənin dairə komitəsinin məsul katibi olub. O həm də ZSFSR-in MİK-in katibi, ÜİK(B)P-nin Zaqafqaziya diyarə komitəsinin Derevenski şöbəsinin müdiri, Zaqafqaziya diyar komitəsinin Təşkilati şöbəsinin müdiri vəzifəsini icra edib. 1934-cü ildə Gəncə rayon komitəsinin 1-ci katibi, 1937-ci ilin sentyabrında isə Bakı şəhər şurasının sədr müavini olub. 27 yanvar 1936-cı ildə "Lenin" ordeni ilə təltif edilib. 1937-ci ilin oktyabrında həbs edilərək güllələnib.

Mənbə Naxçıvan Kommunist Partiyasının diyar — vilayət — respublika komitəsinin birinci katibləri

Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibləri Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Tovuz Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri