Adrian Visente Yunta (11 iyun 1999) — İspaniyalı taekvondoçu. Adrian Visente İspaniyanı 2017-ci ildə XXIII Taekvondo üzrə Dünya Çempionatında təmsil etdi.
Karyerası Adrian Visente birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Taekvondo üzrə Dünya Çempionatında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Özbəkistanın nümayəndəsi Suxrob Bobobekov üzərində 14:11 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi. Növbəti mərhələdə İrlandiyanın nümayəndəsi Cek Uolli ilə üz-üzə gəldi və rəqibinə 37:17 hesabı ilə qalib gəldi. 1/8 final mərhələsində Visente Braziliyanın nümayəndəsi Adriano Alveş ilə üz-üzə gəldi və rəqibinə 7:15 hesabı ilə uduzdu.
İstinadlar
Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında taekvondoçular Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında taekvondoçular Kateqoriya:Taekvondo üzrə Avropa çempionları Kateqoriya:2023 Avropa Oyunlarında medal qazananlar Kateqoriya:2022 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:Avropa Oyunlarında qızıl medal qazananlar Kateqoriya:Madriddə doğulmuş idmançılar Kateqoriya:Taekvondo üzrə Dünya Çempionatının medalçıları