Ağəli Dadaşov () — quruluşçu rejissor, rejissor-pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1959). Həyat yoldaşı Xədicə. Uşaqları Firəngiz, Eldar, Arif, Məlahət.
Həyatı Ağa Əli Abbas Əli oğlu Dadaşov 20 mart 1906-cı ildə Bakıda anadan olub. 1923-cü ildə N. Nərimanov adına Sənaye Texnikumuna daxil olub. 1926–1929-cu illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində, 1930–1935-ci illərdə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1935-ci ildə Akademik Milli Dram Teatrında işləməyə başlayan Ağəli Dadaşov 1936–1938-ci illərdə burada "Almas" və "Vətən namusu" əsərlərinin quruluşunu verir. 1938-ci ildə o, həbs olunaraq ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilir. Həmin il yenidən Azərbaycana qayıdan Ağəli Dadaşov 1938–1948-ci illərdə Gəncə Dövlət Dram Teatrında və 1948-ci ildə Naxçıvan Dövlət Dram Teatrında rejissorluq edir. Bakıya qayıtdıqdan sonra M. Qorki adına Gənc Tamaşaçılar Teatrında, 1948–1954-cü illərdə quruluşçu rejissor və 1954–1956-cı illərdə baş rejissor kimi çalışır. 1956–1968-ci illərdə Azərbaycan Dövlət Radio Verilişləri və Televiziya Komitəsində baş rejissor işləyir.
Ağəli Dadaşov 1968–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor və rejissorluq sənətindən dərs deyib. O, həmçinin Opera və Balet Teatrında rejissor, Ağdam Dövlət Dram Teatrında rejissor və bədii rəhbər, Pionerlər Evində bədii rəhbər, İncəsənət İşləri İdarəsində teatr şöbəsinin rəisi vəzifələrində çalışıb. Bir müddət Bakı kinostudiyasında rejissor assistenti və rejissor işləyib.
Ağəli Dadaşov 7 dekabr 1973-cü ildə Bakıda vəfat edib.
Hazırladığı və quruluş verdiyi tamaşalar Gəncə Dövlət Dram Teatrında hazırladığı əsas tamaşalar Tamaşanın adı Müəllif Tarix Vətən Namusu Georgi Mdivani 1938 Qohumlar Hacıağa Quliyev 1939 Toy Sabit Rəhman 1939 Köhnə dostlar Leonid Malyugin 1947 Praqanın şabalıd ağacları altında Konstantin Simonov 1947 Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev 1947 Fərhad və Şirin Səməd Vurğun 1947 Sevil Cəfər Cabbarlı 1948 İşıqlı yollar İlyas Əfəndiyev 1948 İki ağanın bir nökəri Karlo Qoldoni 1948 Bəxtsiz cavan Əbdürrəhim bəy Haqverdiyev Ölülər Cəlil Məmmədquluzadə 1905-ci ildə Cəfər Cabbarlı
Gənc Tamaşaçılar teatrında quruluş verdiyi tamaşalar Tamaşanın adı Müəllif Tarix Qayğı Səttar Axundov 1945 Bir gəncin manifesti Mir Cəlal 1952 Əbədi gecənin sirləri İqor Lukovski 1952 Gülşən Əli Vəliyev 1953 Molla İbrahimxəlil kimyagər Mirzə Fətəli Axundzadə 1953 Gənc ustalar Zeynal Xəlil 1953 Komissar Mehdi Hüseyn 1954 Çiçəkli dağ Məmmədhüseyn Təhmasib 1956
Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalar Tamaşanın adı Müəllif Tarix Almaz Cəfər Cabbarlı 1936 Vətən namusu Georgi Mdivani 1938
Naxçıvan Dövlət Dram Teatrında quruluş verdiyi tamaşalar Tamaşanın adı Müəllif Tarix Solğun çiçəklər Cəfər Cabbarlı 1948
Filmoqrafiya Qardaşlıq köməyi (1944, qısametrajlı sənədli film) – rejissor Dağılan tifaq (1959, tammetrajlı film-tamaşa) – rejissor Firuzə (1959, tammetrajlı film-tamaşa) – rejissor Molla İbrahimxəlil Kimyagər (1960, tammetrajlı film-tamaşa) – rejissor Müsyo Jordan və Dərviş Məstəli Şah (1962, tammetrajlı film-tamaşa) – rejissor Xəyyam (1963, tammetrajlı film-tamaşa) – rejissor Muğan (1964, tammetrajlı film-tamaşa) – rejissor Qurbanəli bəy (1965, tammetrajlı film-tamaşa) – rejissor Sən gözəlsən (1965, tammetrajlı film-tamaşa) – rejissor Mehman (1967, tammetrajlı film-tamaşa) – rejissor
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 95. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016. səh. 31–32
Həmçinin bax Rauf Kazımovski Kamil Rüstəmbəyov Ağakişi Kazımov Lütfi Məmmədbəyov
Kateqoriya:Azərbaycanın teatr rejissorları