Moh suyu – Qax rayonu İlisu kəndi ərazisində, Kürmükçayın sol sahilində termal bulaqdır.
Ümumi məlumat
thumb|Moh suyu Suyun tərkibi məşhur “İlisu hamamı” ilə (kükürd-rodon tərkibli) eynidir. Suyun temperaturu isə 18-21°-yə qədərdir. Müalicə üçün istifadə edilərkən xüsusi qızdırılmış daşları vannalara salıb suyun temperaturunu artırırlar. Dəri-zöhrəvi xəstəliklərin müalicəsində çox effektlidir. İlisu termal bulaqlar kompleksinə aid edilir. Kəndə yaxın olması (1 km-ə qədər) ilin bütün fəsillərində istifadə edilməsinə imkan verir və bulağın daha qədimdən məlum olması güman edilir. Bəzən Kürmükçaya güclü sel gəldikdə “bulağın gözü” yerini dəyişir.R.S.Abdullayev. Ekspedisiya materialı.
Həmçinin bax
İstisu (Kəlbəcər) Turşsu (Şuşa)
İstinadlar
Kateqoriya:Azərbaycan bulaqları