Soltan Migitinov () — Azərbaycanı təmsil edən boksçu.

Karyerası Soltan Migitinov WSB nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu və 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. 75 Kq. turnirində çıxış edən Soltan Migitinov iyulun 28-də olimpiadanın təsnifat mərhələsində Misir nümayədəsi Məhəmməd Hilal ilə üz-üzə gəldi. Həmin görüşdə Soltan Migitinov rəqibi üzərində 20:12 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi son Dünya Çempionatının bürünc medalçısı Braziliya nümayədəsi Esiva Falcao oldu. Avqustun 2-də baş tutan həmin görüşdə Soltan Migitinov rəqibinə 11:24 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.

2013-cü ildə isə Soltan Migitinov Qazaxıstanın Almatı şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Soltan Migitinov turnirin 1/16 final mərhələsində Yamayka nümayəndəsi Conatan Hanson üzərində qələbə qazansa da, növbəti mərhələdə Qazaxıstan nümayəndəsi Canibəy Alimxanuluya məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.

Nəticələri SıraİlYarışEv sahibiNəticə Azərbaycan12012Olimpiya Oyunları Birləşmiş KrallıqPAT22013Dünya Çempionatı QazaxıstanPAT

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi boksçuları Kateqoriya:Azərbaycanın olimpiya boksçuları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Rusiya əməkdar məşqçiləri Kateqoriya:Rusiya idman ustaları