Konstantin Pavloviç Romanov (; ) — Rusiya imperatoru I Pavelin oğlu.Генерал-адъютанты // Список генералам, штаб- и обер- офицерам всей российской армии с показанием чинов, фамилий и знаков отличия. — СПб.: Военная типография Главного штаба Его Императорского Величества, 1829. — С. (стб. 4)
27 aprel 1779-cu ildə Çarskoye seloda dünyaya gəldi. Atası Çariça Yekaterinanın oğlu və varisi çareviç Pavel, anası isə onun ikinci xanımı olan Vürtemberqli Sofiya Doroteyadır (sonradan Mariya Fyodorovna). Şərqi Roma imperiyasının qurucusu imperator Konstantinin şərəfinə nənəsi Çariça Yekaterina tərəfindən adlandırılmışdır. Eynilə böyük qardaşı Aleksandr kimi, Konstantin də nənəsinin himayəsində təlim-tərbiyə edildi. Üstəlik, hələ 16 yaşında ikən 26 fevral 1796-cı ildə nənəsinin istəyilə Saksen-Koburq-Zaafeld hersoqu Fransiskin qızı Yulianna ilə (sonradan Anna Fyodorovna) evləndirildi. Ancaq cütlük bir-birinə heç uyğun deyildi və 1799-cu ildə xanımı onun kobud rəftarından bezərək İsveçrəyə köçdü. Konstantin Romanov 1814-cü ildə onu geri gətirməyə cəhd etsə də, bu cəhdi uğursuz oldu. 20 mart 1820-ci ildə cütlüyün evliliyi rəsmi şəkildə ləğv edildi. 2 ay sonra - 27 may 1820-ci ildə polyak əsilzadə Yuanna Qrudzinskaya ilə evləndi. Bu evliliyi səbəbilə 1822-ci ildə gizlicə Rusiya taxt-tacındakı haqqından öz istəyilə əl çəkdi. Heç bir evliliyindən övladı olmasa da, məşuqələrindən dünyaya gələn 3 nigahdan kənar uşağı olduğu bilinir.
1801-ci ildə atasının sui-qəsd nəticəsində öldürülməsinin ardından böyük qardaşı I Aleksandr taxta çıxdı. Ancaq qardaşının varisi yox idi və bu səbəblə, qardaşının səltənəti boyunca taxt varisi oldu. Tilzit sülhündən sonra Napoleon Bonapartın mühüm dəstəkçilərindən biri oldu və bu səbəblə, qardaşının etimadını itirdi. Döyüş meydanında öz hərbi bacarığını göstərə bilmədi.
Böyük qardaşı I Aleksandrın 1 dekabr 1825-ci ildə vəfat etməsinin ardından, yaşça böyük knyaz kimi taxta dəvət edildi. O əsnada Kiyevdə olan Konstantin Pavloviç taxtdan imtina etdiyini elan etdi və beləcə, kiçik qardaşı I Nikolay taxta çıxdı. Bu isə dekabrist üsyanın başlıca səbəbi oldu. Onun səltənəti dövründə Polşadakı vəzifələrini davam etdirən Konstantin Pavloviç qardaşının Osmanlı imperiyası üzərində apardığı siyasəti dəstəkləmədi. Bu səbəblə, 1828-1829 Rusiya-Osmanlı müharibəsində polyak birlikləri iştirak etmədi.
1830-cu ildə ona qarşı planlanan sui-qəsdin üstü açıldı və qurulan gizli məhkəmənin nəticəsi kimi çox sayıda polyak edam olundu. 27 iyun 1831-ci ildə vəba epidemiyasından vəfat etdi.
Mənbə
Ədəbiyyat
Karnovich, E.P. T︠S︡esarevich Konstantin Pavlovich. St Petersburg: A.S. Suvorin, 1899. 2 vols.
Sebag Montefiore, Simon (2017). The Romanovs: The Story of Russia and its Empire 1613-1918. New York: Alfred A. Knopf. ISBN 9780307280510 Jerzy Lukowski, Hubert Zawadzki (2001). A Concise History of Poland. Cambridge University Press. ISBN 0-521-55917-0
İstinadlar
Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri