Elvin Sərkər oğlu Camalov ( ) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Zirə" klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu.
Bioqrafiyası Elvin 13 yaşından futbolla məşğul olmağa başlamışdır. O, Qax şəhər uşaq futbol məktəbinin yetirməsidir. Elvin Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının oyun idman növləri fakultəsində təhsil almışdır.
Klub karyerası Elvin Camalov öz peşəkar futbolçu karyerasına Zaqatalanın "Simurq" klubunun gənclərdən ibarət U-15 yığmasında başlamışdır. 2009-cu ildə Qəbələ Futbol Akademiyasına qəbul olmuşdur. Burada əvvəlcə U-15, U-17 yığmalarında çıxış etsə də, 2012-ci ildə klubun əvəzedicilər yığmasında oynamağa başlamışdır.
Çempionat Elvin 2013-cü ildən "Qəbələ" klubunun əsas yığmasının oyunçusudur. O, klub ilə debütünü 25 oktyabr 2013-cü ildə Premyer Liqanın XI turunda "Sumqayıt" klubuna qarşı oyunda etmişdir. O, bir müddət klub daxilində № 33 forma ilə çıxış etmişdir.Qabala vs Sumqayıt 2-0
Zirə 3 iyun 2019-cu ildə Elvin Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Zirə" klubu ilə müqavilə imzalamışdır.
Kubok Elvin Qəbələ klubu ilə Azərbaycan Kubokunda bir oyunda iştirak etmişdir.Mil-Muğan vs Qabala 1-2
№ Tarix Raund Klub Rəqib Liqa Nəticə 1 4 dekabr 2013 İkinci raund - 1/8 final "Mil-Muğan" "Qəbələ" Premyer Liqa 1 : 2
Milli karyerası
U-17 Elvin Camalov rəsmi oyunlarda Azərbaycan U-17 milli komandası ilə debütünü 22 oktyabr 2010-cu ildə UEFA Avropa Çempionatının seçmə mərhələsində Portuqaliya millisinə qarşı oyunda etmişdir. O, 32-ci dəqiqədə Məqsəd İsayevi əvəz etmişdir.Portugal U17 vs Azerbaijan U17 2-0
U-19 Elvin Camalov Azərbaycan U-19 milli futbol komandası ilə debütünü 10 oktyabr 2013-cü ildə UEFA Avropa Çempionatının seçmə mərhələsində İrlandiya millisinə qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.Republic of Ireland U19 vs Azerbaijan U19 2-0
U-21 Elvin Camalov 2014-cü ildən Azərbaycan U-21 milli futbol komandasının şərəfini qoruyur.
Uğurları Qəbələ Futbol üzrə Azərbaycan Kuboku: 2018-19
İstinadlar
Xarici keçidlər Профиль игрока на сайте Профессиональной Футбольной Лиги Азербайджана Профиль игрока на сайте footballdatabase.eu Player Information - Elvin Camalov (Sərkər)
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Neftçi PFK futbolçuları