Qərib Eldəniz oğlu İbrahimov () — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan AZAL klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir.

Bioqrafiyası Qərib İbrahimov hələ uşaq yaşlarından doğma şəhəri Tovuz şəhərində futbolla məşğul olmağa başlamışdır.

Klub karyerası Qərib İbrahimov Turan Tovuz klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasına Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakılı klubunda başlamışdır. Qərib 2008-ci ildən bu klubda çıxış etmişdir.

2013-cü ilin may ayında Qərib İbrahimov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan AZAL klubu ilə bir illik müqavilə imzalamışdır.Qərib İbrahimov AZAL-a keçdi Qərib pilotların tərkibində №8 forma ilə çıxış etmişdir.

Milli karyerası

U-19

Uğurları 2010/11-ci illər mövsümündə Simurq klubunun tərkibində 29 oyunda iştirak etmişdir. O, həmin mövsümdə klubda ən çox oyuna çıxan futbolçu olmuşdur.Qərib İbrahimov: “Vuracağım qollarla “Simurq”u zəfərə doğru aparacam”

7 oktyabr 2013-cü ildə AZAL klubunun oyunçusu olaraq, 2013/14-cü illər mövsümündə Azərbaycan Premyer Liqasında vurulmuş yubiley 100-cü qolun müəllifi olmuşdur.AZAL-ın futbolçusu bu mövsüm 100-cü qolun müəllifi oldu

İstinadlar

Xarici keçidlər Профиль игрока на сайте Профессиональной Футбольной Лиги Азербайджана

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Şəfa FK futbolçuları Kateqoriya:Şəmkir FK futbolçuları