Casper Cons () — Amerika rəssamı, heykəltaraş və qrafik.Casper Cons// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 383–384. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Həyatı 1949–51-ci illərdə Cənubi Karolina Universitetində təhsil almış, 1952-ci ildə Nyu-Yorka köçmüş və oradakı kommersiya rəssamlıq məktəbində oxumuşdur. 1954-cü ildə R. Rauşenberqlə görüşmüşdür; onların birgə yaradıcılıq fəaliyyəti Amerika pop-artının əsasını qoymuşdur.

Fəaliyyəti Consun yaradıcılığında bu yeni istiqamət "Amerika bayraqları" (1954-cü ildən), "Hədəflər" (1955-ci ildən) silsilə əsərlərində öz əksini tapmışdır. Rəssam hamıya məlum işarələri bədii şəkildə təkrarlayaraq, bir növ təsviri tavtologiyalar yaratmışdır. 1960-cı ildə Cons məişət əşyalarının (pivə bankaları və s.) tunc surətlərindən ibarət seriya yaratmışdır ("Naxışlı tunc", 1960, Rəssamlıq muzeyi, Bazel). 1960-cı illərdə Cons litoqrafiya ilə məşğul olmuşdur; çap qrafikası üsulları onun 1970-ci illərdə yaratdığı əsərlərinin formal-plastik mövzusunu müəyyən etmişdir ("Adsız", 1972, Lüdviq muzeyi, Köln). 1980-ci illərdəki yaradıcılığında ötən dövrlərin müxtəlif motivləri birləşərək, onun əsərlərinə avtobioqrafik səciyyə vermişdir ("Qaçağan düşüncə lər", 1983, Vitni Amerika incəsənəti muzeyi).

Həmçinin bax Centileski Şarl Despio

İstinadlar

Xarici keçidlər Avstraliyanın Milli Qalereyasında Casper Consun əsərləri Casper Consun əsərləri vaqaraytsda Kateqoriya:XXI əsr ABŞ rəssamları Kateqoriya:XX əsr ABŞ rəssamları