Svetlana Afanasyevna Svetliçnaya (; ) — Sovet və Rusiya teatr və kino aktrisası, RSFSR əməkdar artisti (1974).
Həyatı Svetlana Afanasyevna Svetliçnaya 1940-cı ildə Leninakan (hazırda Gümrü) şəhərində rus ailəsində anadan olmuşdur. Atası hərbçi olduğuna görə, ailə tez-tez yaşayış yerini dəyişirdi. Svetlana məktəbə Sumı vilayətinin Axtırka şəhərində getsə də, oranı Kalininqrad vilayətinin Sovetsk şəhərində bitirir. 1958-ci ildə Svetlananın atası istefaya getdi və ailə Melitopolda məskunlaşdı."Светличная Светлана Афанасьевна" , статья в "Мелитопольских ведомостях" Elə həmin ildə Svetlana anasının israrı sayəsində ÜDKİ-yə, Mixail Rommun kursuna daxil olur.
Svetlana Svetliçnaya 1963-cü ildə institutu bitirdikdən sonra Kinoaktyor Teatr-studiyasının aktrisası oldu.
Kinoda ilk işi 1960-cı ildə Mixail Kalikin "Beşik" filmində olmuşdur.
Svetlana Svetliçnayanın ən yaddaqalan obrazı isə "Brilyant əl" filmindəki cazibədar Anna Sergeyevna roludur. Bu filmdə Svetliçnaya yumor elementlərilə olsa belə, o zaman üçün tamamilə yeni qadın surəti yaratmağa nail oldu. Anna ekranda müasir, dəbli və seksual cəhətdən azad qadın kimi görünürdü. Sovet kinosunda bu cür qəhrəmanlar hələ olmamışdı. Bundan başqa, aktrisanın çəkildiyi yarıerotik məzmunlu səhnə sovet kinosunda ilk dəfə istifadə edilmişdi.
Svetlana Svetliçnaya Qriqori Aleksandrov ("Sığırçın və Lira"), Stanislav Rostoski ("Zəmanəmizin qəhrəmanı"), Marlen Xusiyev ("İliç sərhəd-keçid məntəqəsi"), Yuli Fayt ("Cəbhə hələ müdafiədədir"), Tatyana Lioznova ("Səma onlara tabe olur", "Baharın on yeddi anı"), Leonid Qayday ("Brilyant əl"), Georgi Daneliya ("Otuz üç"), Mixail Kalik ("Beşik", "Sevmək"), Stanislav Qovoruxin ("Görüş yerini dəyişmək olmaz") kimi bir çox sovet rejissorları ilə çalışmışdır. Müasir dövrdə çəkilmiş filmlər arasında Renata Litvinovanın "İlahə: mən necə aşiq oldum" və Yos Stellinqin "Qız və ölüm" filmlərində parlaq obrazlar yaratmışdır.
28 iyun 2005-ci ildə ""YUKOS"un keçmiş rəhbərlərinin məhkəmə hökmünə dəstək məktubu"nu imzalamışdır. Lakin 9 fevral 2011-ci ildə aktrisa Azadlıq Radiosunun müxbirinə bildirib ki, belə bir məktub imzalamayıb və ilk dəfədir, bu barədə eşidir. Svetliçnaya eyni zamanda Mixail Xodorovski üçün təəssüf etdiyini qeyd edərək, onu "böyük hərflərlə insan" adlandırıb."Письмо 50-ти": Светличная не подписывала, Калягин не жалеет . // Радио "Свобода", 9 февраля 2011
Svetlana Svetliçnaya 2015-ci ilin aprelində Qatçinada keçirilən "Ədəbiyyat və kino" XXI Rusiya kinofestivalında "Kinematoqrafa sədaqətə görə" mükafatına layiq görülüb.
Şəxsi həyatı Valideynlərinin ailəsində üç uşaq olub: böyük qardaşı Valeri, ortancıl uşaq Svetlana və bacısından 13 il sonra, lakin eyni gündə (15 may) anadan olmuş Oleq. Aktrisanın kiçik qardaşı atasının yolu ilə gedərək hərbçi olub. Hazırda Penzada yaşayır.
Svetlana Svetliçnaya iki dəfə ailə qurub. Birinci həyat yoldaşı — Vladimir İvaşov. Bu nikahdan onların iki oğlu olub: Aleksey (stomatoloq; ailəlidir, Maşa adlı qızı var) və Oleq (33 yaşında vəfat edib və atasının yanında dəfn olunub). İkinci həyat yoldaşı — Sergey Sokolski, rəssam. Nikah qısa müddət davam edib.
Hazırda Svetlana Svetliçnaya Moskvanın cənub-qərbində yerləşən Yasenevo rayonunda yaşayır.
Teatr səhnəsindəki rolları Kinoaktyor teatrında Dostoyevskinin "Cinlər" romanı əsasında hazırlanmış tamaşada Mariya Timofeyevna Lebyadkina rolunu ifa edib. 2015-ci ildə Yevgeni Lavrençukun tamaşasında Mosartın arvadı rolunu məşq edib. Həmin tamaşada onun tərəf-müqabilləri Daniel Olbrıxski, Olqa Yakovleva və İqor Yasuloviç olmuşdur.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1959 Beşik Natka1963 Səma onlara tabe olur Nina Kolçina1963 Bənövşə gətirən xala Svetlana1964 Cəbhə hələ müdafiədədir Katya1964 İliç sərhəd-keçid məntəqəsi Svetlana1965 Saf nohurlar Katya1965 Otuz üç Nina Svetlova1965 Aşpaz qadın Pavlina Xutornaya1966 Zəmanəmizin qəhrəmanı Undina1966 O qədər də uğurlu gün deyil Nadya Stepanova1968 Brilyant əl Anna Sergeyevna1968 Ələkeçməzlərin yeni macəraları gözəlçə1968 Sevmək şimallı qız1969 Məhkəməyə aid deyil Vika1971 Buludlardan yapış sovet kəşfiyyatçısı1973 Baharın on yeddi anı Qabi Nabel1974 Sığırçın və Lira Genrietta1974 Mövsümün bağlanışı Zoya Morenko1975 Torpaq titrəyərkən İrina1976 Sən mənə, mən sənə Valya1977 Bu inanılmaz musiqiçilər və ya Şurikin yeni yuxusu Anna Sergeyevna1978 Həyatın mənbəyi Səbinə1978 Sergi Ata xanım1979 Görüş yerini dəyişmək olmaz Nadya1978 III Napoleonun tülküsü Vera Merinovanın anası1981 Üçüncü ölçü Olqa1983-1986 Anna Pavlova Maşa1985 Qəzəb günü sərgərdan qadın1991 Və külək qayıdır kameo1994 Daş üzərində ev 2004 İlahə: mən necə aşiq oldum kabus ana2004 Duz gölündəki ev Ziqrid2007 İmperiya ulduzu falçı2007 Nəzarətçi Mariya Tarasovna2009 İlahənin qaçırılması Afrodita Popandos2012 Qız və ölüm qoca Nina
Mükafatlar 1974 — RSFSR əməkdar artisti 1999 — A. S. Puşkin medalı 2006 — Moskva Kinofestivalının "Festivallar festivalı"nda istedad və xalq sevgisinə görə Fəxri mükafat 2006 — "Brilyant sancaq" mükafatı 2008 — XI Berdyansk Beynəlxalq kinofestivalının tamaşaçı rəğbəti mükafatı 2009 — "Stil ikonası" nominasiyasında "Hello" jurnalının "Rusiyanın ən stillisi" mükafatı 2010 — "Amur payızı" Festivalının komediya qarşısında xidmətlərinə görə mükafatı 2011 — Fashion TV telekanalının mükafatı — Fashion People Awards 2011 — "Stil ikonası" titulu 2011 — Sovetskin (Kalininqrad vilayəti) Fəxri vətəndaşı 2015 — Qatçinada keçirilən "Ədəbiyyat və kino" XXI Rusiya kinofestivalının "Kinematoqrafa sədaqətə görə" mükafatı 2015 — Fashion People Awards mükafatı — "Stil ikonası" 2016 — "Rus kinostilinin əfsanəsi" nominasiyasında Ulyanovskda keçirilən "Səmimi qəlbdən" VIII Beynəlxalq kinofestivalının qalibi
İstinadlar
Ədəbiyyat Ян Кушнирский. Светлана Светличная // Актёры советского кино. Вып. 9. / Ред-сост. А. М. Сандлер. М.: Искусство, 1973. С. 240–251.
Xarici keçidlər Биография Светланы Светличной В гостях у Светланы Светличной
Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:Gümrüdə doğulanlar Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları