İqtisadi araşdırmalar (qısa adı: İAJ) — Azərbaycanda nəşr olunan elmi məqalələr — elmi əsərlər toplusu olan beynəlxalq jurnal.

Dövlət qeydiyyatı "İqtisadi araşdırmalar" (İAJ) elmi məqalələr — elmi əsərlər toplusu olan beynəlxalq jurnal 2017-ci ildə Azərbaycan Respublikasında təsis edilmiş və 23.06.2017 ci ildə 4124 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət reyestrinə daxil edilmişdir.

Redaksiya heyəti Jurnalın elm aləmində böyük nüfuza malik Azərbaycanın görkəmli iqtisadçı alimləri ilə yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, Avstriya və bir sıra digər ölkələrdən iqtisadçı alimlərdən ibarət redaksiya heyəti yaradılıb.

Jurnal barədə "İqtisadi araşdırmalar" jurnalı (İAJ) müstəqil beynəlxalq, resenziyalı elmi jurnaldır. Jurnalın ölkə daxili və eyni zamanda beynəlxalq miqyasda rəqabətliliyinin artırılması, dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanıb və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulmuşdur.

Jurnalın elm aləmində böyük nüfuza malik Azərbaycanın görkəmli iqtisadçı alimləri ilə yanaşı bir sıra xarici ölkələrdən tanınmış iqtisadçı alimlərdən ibarət redaksiya heyəti yaradılıb. Jurnalın beynəlxalq jurnal olduğu üçün çapa 4 dildə (Azərbaycan, türk, ingilis və rus dillərində) elmi əsərlər — elmi məqalələrin çap edilməsi, dünyanın tanınmış elm və təhsil müəssisələrinə, dünyada xüsusi çəkiyə malik olan kitabxanalara göndərilməsi nəzərdə tutulubdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Türk dilində jurnallar Kateqoriya:İngilis dilində jurnallar Kateqoriya:Rus dilində jurnallar Kateqoriya:Elmi jurnallar