Aşağı Qarxun və ya Araks — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim. Başqa adı Şərifabaddır.

Tarixi 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1928-ci ildən sonra qovulmuş ailələrin az hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1949-cu ildə onlar Azərbaycana köçürülmüşlər. Aşağı Qarxun adı XIX əsrin sonlarında Yuxarı Qarxun adlanan kənddən çıxmış bir qrup ailənin ayrı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Digər adı Şəfiabaddır. XIII əsrdə monqolların tərkibində gəlmiş türk mənşəli Karkın tayfasının adını əks etdirir.B. Budaqov Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti I cild

İstinadlar

Mənbə İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı,2002

Kateqoriya:Eçmiədzin qəzasının kəndləri Kateqoriya:Gərnibasar mahalı Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri