Xuan Dias de Solis (; ) — ispan kəşfiyyatçı. İspanya Kralının yanında dənizci olaraq Visente Yanes Pinson ilə birlikdə 1508-də Braziliya səfərlərini istiqamətləndirdi. 1512-də Ameriqo Vespuççinin ölümündən sonra baş bələdçi oldu.Hall, Elial F.: "Americus Vespucius", Journal of the American Geographical Society of New York, Vol. 24. (1892), page 376. Americus Vespucius on JSTOR Yeni qitənin cənubuna səfər edən Solis 8 oktyabr 1515-də 3 gəmi və 70 nəfərlik ekipajıyla İspanyadakı Sanlukar-de-Barramedadan ayrıldı. Braziliya sahillərinə keçərək La Platanın şərq sahilinə çatdı. Solis və ekipajı koloniya qurmaq üçün bir az irəlilədilər, ancaq 1516-da Uruqvayda yerlilərin hücumuna məruz qalıb öldürüldülər.
İstinadlar
Kateqoriya:Səyyahlar Kateqoriya:İspaniya səyyahları