Əlibəy kəhrizi- Ordubad şəhərinin Təbriz küçəsində tarixi abidə.

Ümumi məlumat Kəhriz Əli bəy tərəfindən inşa edilmişdir.O,Ordubad çayının gətirmə çöküntülərində qazılmış və öz təbiiliyini saxlayan sadə formalı kəhriz abidəsidir.Abidənin pillələri kəhrizin axını xəttinə perpendikulyar istiqamətdə enir.Tez xarab olan ərzaq məhsullarını saxlamaq üçün xüsusi yer vardır.Onun divarları səliqəli şəkildə qazılmış,yalnız üst hissədə iri qaya parçası olduğu kimi saxlanmışdır.Abidənin plan üzrə uzunluğu 4.93 metr,eni 1.5 metr,yer səthindən dərinliyi 4.56 metrdir.Çıxışın yer səthindən hündürlüyü 1.9 metrdir.Onun suyundan içmək və məişət məqsədilə istifadə olunur.Naxçıvan abidələri ensiklopediyası.Naxçıvan.2008.

Həmçinin bax Ordubad şəhəri Kəhriz Naxçıvanda kəhrizlər

İstinadlar

Kateqoriya:Naxçıvan abidələri Kateqoriya:Ordubad abidələri