Biarrits () — Fransanın cənub qərbində dənizsahili iqlim və balneologiya kurortu.

Əhalisi Əhalisi 33,2 min (2005).

Coğrafiyası Atlantika okeanının Biskay körfəzi sahilində, Pireney dağlarının ətəklərində, Gümüş sahildə, Bayonna şəhərindən qərbdə yerləşir. Aeroport.

Tarixi 12-ci əsrdən məlumdur. Kurort kimi 19-cu əsrin ortalarından inkişaf edir.

Kurort xüsusiyyətləri left|thumb|Biarrits qəsri. Çox mülayim qışı (yanvarın orta temperaturu təqribən 5°C) və ilıq yayı (iyulun orta temperaturu təqribən 20°C) olan dəniz iqlimi hakimdir. Geniş qumlu çimərliklər, həmçinin Briskudakı ( Biarritsin təqribən 20 km-liyində) xloridli–natriumlu mineral sular tənəffüs yolları, dayaq və hərəkət orqanları, periferik sinir sistemi xəstəliklərinin, maddələr mübadiləsi pozuntularının müalicəsi üçün əlverişlidir. Talassoterapiya mərkəzidir. Dəniz muzeyi, miniatür avtomobillər muzeyi, kazino var. Dəniz məməlilərini öyrənən mərkəzdir. Yaxınlığında Sen-Jan-de-Lüz kurortu var.

Qalereya

Həmçinin bax Balneologiya

İstinadlar

Xarici keçidlər Şəhərin rəsmi internet səhifəsi

Kateqoriya:Fransa şəhərləri Kateqoriya:Fransa kurortları