Səngər dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2915,9 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Güney Qışlaq kəndindən 4,8 km şimal-qərbdədir.  Alt Pliosen yaşlı dolerit və andezit-dasit  tərkibli ştokvari subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-qərb istiqamətli edyniadlı sinklinalın cənub-qərb qanadında yerləşir.

Həmçinin bax: Almalıdağ Xarxat dağı Keçəltəpə Arısu Güllüdağ Gədikdağ

İstinadlar

Kateqoriya:Şahbuz rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri