alt=Vegetasiya aspektinin sübutu|thumb|244x244px|Cənubi Kaliforniya ştatının Santa Monika adaçayı kolluğu sahilində yamacın baxarlığının və vegetasiya aspektinin təsirinin sübutu. Sol tərəfdəki yamac şimala baxır, beləliklə rütubət və "Ceanothus" bitkisi dominantlıq edir. Sağ tərəfdəki cənub yamac daha quraqdır (daha çox günəş şüası qəbul edir) və əsasən quraqlığa davamlı "Artemisia californica" və "Yucca whipplei" bitkiləri ilə örtülüdür. Aspekt () — vegetasiya dövrü ərzində bitkinin inkişaf fazasının və bitmə şəraitinin dəyişilməsilə əlaqədar fitosenozun xarici görünüşü. Bitkilərin inkişaf fazaları fəsillərə görə dəyişildiyindən fitosenozun xarici görünüşü də dəyişilir. Bu, çəmənlərdə, bozqırlarda və enliyarpaqlı meşələrdə daha aydın nəzərə çarpır. Aspekt müxtəlif illərdə iqlim şəraitinə görə də dəyişə bilir.Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.
Aspekt adətən, bitkilərdə üstünlük təşkil edən, onun həyatında böyük rolu olan rəngin adına əlavə edilir. Məsələn, cilin quru yarpaqlarının qonur aspekti, xoruzgülünün qızılı-sarı aspekti və s.
Aspektləşdirmə alt=İki müxtəlif baxarlı yamacda müxtəlif bitki örtüyünün inkişafı (Yinq-Yanq vizual effekti)|thumb|245x245px|İki müxtəlif baxarlı yamacda müxtəlif bitki örtüyünün inkişafı (Yinq-Yanq vizual effekti) Aspektləşdirmə ilin mövsüm tskillərinin (erkən yaz, yaz, yay, payız və qış) bitki və heyvan qruplarının xarakterinə, xarici görünüşünə (aspekt) və aktivliyinə təsir dərəcəsinin müşahidəsi və təsvir edilməsidir.Qərib Məmmədov, Mahmud Xəlilov. Ekoloqların məlumat kitabı. Bakı-Elm-2003.
Həmçinin bax Vegetasiya İlin fəsilləri
Xarici keçid Aspekt
İstinadlar Kateqoriya:Coğrafiya Kateqoriya:Təpələr