Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; ) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi.
Həyatı 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər.
40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib.
Mir Mövsüm Ağa ziyarətgahı 250px|thumbnail|left|Mir Mövsüm Ağa ziyarətgahı Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq" deyilən ərazidə yerləşir. Ziyarətgah — kompleksin mərkəzində xalq arasında böyük inam sahibi olan Ağa Seyid Əli Mir Abutalıb oğlu Mir Mövsümzadənin türbəsi ucalıb. Sovet hakimiyyəti illərində onun məzarı üzərində məqbərə tikilməsinə icazə verməmişdir.
1992-ci ildə məzarın üzərində əvvəlcə kiçik məqbərə, daha sonra isə qoşa günbəzli və bir minarəli məqbərə-məscid firuzəyi-mavi rəngli kaşılarla bəzədilmiş abidə ucaldılmışdır.
Mir Mövsüm ağanın məzarını Pyer Rişar və Jan-Klod Vandamm kimi tanınmış şəxslər də ziyarət etmişdir.
Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev isə Mir Mövsüm ağanın məzarını ziyarət etmiş, 1944-cü ildə isə onu şəxsən görmüşdür.
İstinadlar
Xarici keçidlər Ağa, cəddinə qurban (1993) – Azərbaycanfilm istehsalı sənədli film (YouTube) Mir Mövsüm Ağa – İTV sənədli filmi (YouTube) "Mir Mövsüm Ağa" adlı sənədli filmi — AzTV-nin televiziya sənədli filmi (YouTube)
Kateqoriya:Seyidlər Kateqoriya:Azərbaycanın əlil şəxsləri Kateqoriya:İçərişəhərdə_doğulanlar Kateqoriya:Azərbaycan ərəbləri Kateqoriya:Bakı şəxsləri