Madre de Dos () — Peru və Boliviya ərazisindən axan çay. Amazon hövzəsinə aiddir. Uzunluğu 1060 km təkil edir. Öz başlanğıcını And dağlarından götürür və Boliviya ərazisində Beni çayına tökülür. O isə öz növbəsində Madeyra çayının bir qoludur. Çay Amazonun əsas arteriyalarından biridir. Puerto-Maldonado şəhərinin cənubunda liman yerləşir. Hövzəsində kənd təsərrüfatı inkişaf etmişdir. Əsasən manqo yetişdirilir. Ağac tədarükü və qızıl hasilatı həyata keçirilir. Bu isə ekoloji problemlər yaradır. Çay boyunca bir necə milli park və qoruq vardır.
Qalereya
Mənbə Madre de Dios Watershed
Kateqoriya:Peru çayları Kateqoriya:Cənubi Amerikanın beynəlxalq çayları