Anthony Joran Martial () — İngiltərənin Mançester Yunayted klubunda və Fransa milli yığmasında hücumçu mövqeyində çıxış edən fransız futbolçudur. O, Avropada 21 yaş altı ən yaxşı gənc futbolçuya təqdim olunan 2015 "Golden Boy" mükafatının sahibidir.
Fransanın Les Ulis klubunun aşağı yaş qruplarında çıxış etdikdən sonra, peşəkar futbolçu karyerasına Olimpik Lion klubunda başlamış və 2013-cü ildə 6 milyon avro qarşılığında Monako klubuna transfer olmuşdur. Burada iki il çıxış etdikdən sonra isə 2015-ci ildə 36 milyon funt-sterlinq (bonuslarla birlikdə 57.6 milyon funt-sterlinq) qarşılığında İngiltərənin Mançester Yunayted klubuna transfer olmuşdur. Martial Mançester Yunayted forması ilə çıxdığı ilk görüşdə qol vurmağı bacarmış və Premyer Liqada çıxış etdiyi ilk ayda "Ayın futbolçusu" mükafatına layiq görülmüşdür.
Antoni Martial Fransa milli yığması ilə ilk oyununa 2015-ci ildə çıxmış və milli komandanın heyətində UEFA Avro 2016 turnirində iştirak etmişdir.
2024-cü ilin iyun ayında Antoninin klubdan ayrılacağı bilindi.
Milli yığma Martial Fransanın fərqli yaş kateqoriyalarında çıxış etdi və bu dövrdə 58 oyunda 25 qol vurmağı bacardı. 26 avqust 2015-ci il tarixində isə Portuqaliya və Serbiya komandalarına qarşı baş tutacaq yoldaşlıq görüşlərində iştirak etmək üçün milli yığmaya dəvət aldı. Milli yığma forması ilə 4 sentyabr 2015-ci ildə Lissabon şəhərinin Estadio Xose Alvalade stadionunda çıxdığı ilk görüşdə Kərim Benzemanın yerinə sonradan daxil oldu və Fransa bu görüşdə 1-0 hesabı ilə qələbə qazandı. 11 oktyabr 2015-ci il tarixində isə 2-1 qalib gəldikləri Danimarka qarşılaşmasında millinin heyətində ilk dəfə start heyətdə meydana daxil oldu və bir məhsuldar ötürmə ilə yadda qaldı.
Şəxsi həyatı Martial əslən Qvadelupa adalarındandır. Onun böyük qardaşı Yohan da peşəkar futbolçudur. O, Fransanın Troyes klubunda müdafiəçi mövqeyində çıxış edir. Onun digər böyük qardaşı olan Dorian isə Les Ulis klubunun aşağı yaş qruplarında çıxış edir. Məşqçiləri Martialı xasiyyət cəhətdən daim sakit biri kimi təsəvvür edirlər. Dini baxımdan xristianlığın katolik məzhəbinə etiqad etdiyi bilinir.
Karyera statistikası
Klub Son yeniləmə:21 sentyabr 2017 KlubMövsümLiqaMilli kubokLiqa KubokuAvropaBaşqaCəmiLiqaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolLion2012-13Liqa 130000010—40Monako2013-14Liqa 11123010——1522014-15Liqa 1359323170—48122015-16Liqa 130000041—71Cəmi49116241111—7015Mançester Yunayted2015-16Premyer Liqa3111722193—49172016-17Premyer Liqa2543132101104282017-18Premyer Liqa530011100074Cəmi611810364204109829Karyera cəmi113291651053251017244
Milli komanda Son yeniləmə:10 oktyabr 2016 Milli komandaİlOyunQolFransa201560201691Total151
Milli komandada qollar Son yeniləmə:10 oktyabr 2016
No.TarixYerRəqibHesabNəticəTurnir11 sentyabr 2016San Nikola stadionu, Bari, İtaliya İtaliya1–03–1Yoldaşlıq
Uğurları
Klub Mançester Yunayted FA kuboku: 2015-16,2023-24 Liqa kuboku: 2016-17,2022-23 UEFA Avropa Liqası: 2016-17 İngiltərə Super kuboku: 2016
Beynəlxalq Fransa UEFA Avro 2016: İkinci yer
Şəxsi UEFA U-19 Avropa Çempionatı: Turnirin heyəti (2013) Premyer Liqada "Ayın futbolçusu": Sentyabr 2015 Golden Boy: 2015 Mançester Yunayteddə "Sezonun ən yaxşı qolu": 2015-16 (Liverpula qarşı, 12 sentyabr 2015) Premyer Liqa Goal Cup: 2015-16
Həmçinin bax Mançester Yunayted Monako Fransa milli yığması
İstinadlar
Xarici keçidlər
France profile FFF-də
Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Olimpik Lion FK futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Sevilya FK futbolçuları Kateqoriya:AEK Afina FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:Milli Çempionat 2 (Fransa) futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Fransa U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Fransa U-19 milli futbol komandasının futbolçuları Kateqoriya:İngiltərədə legioner Fransa idmançıları Kateqoriya:UEFA Millətlər Liqasının qalibi olan oyunçular Kateqoriya:Qaradərili Fransa idmançıları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Qvadelupa əsilli fransızlar Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular