Afaqın məhəbbəti qısametrajlı televiziya tamaşası rejissor Ağakişi Kazımov tərəfindən ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşasının əsasında Nizami Gəncəviyə kəniz olaraq hədiyyə edilən Afaqın (Səidə Quliyeva) taleyi durur. Televiziya tamaşasında əsas rolları Məhluqə Sadıqova, Mirvari Novruzova, Muxtar Avşarov, İlham Əsgərovvə Səidə Quliyeva ifa edirlər.
Məzmun Televiziya tamaşasının əsasında Nizami Gəncəviyə kəniz olaraq hədiyyə edilən Afaqın (Səidə Quliyeva) taleyi durur. Tamaşa Afaqın İlyasın evinə gətirilməsi ilə başlayır. İlk gündən İlyas (İlham Əsgərov) Afaqa kəniz gözüylə baxmadığını qeyd edir. O, Afaqın mərdliyinə, gözəlliyinə valeh olur. Afaq İlyasa gün keçdikcə daha da bağlanır və eşqini ilk dəfə İlyasın anasına (Məhluqə Sadıqova) etiraf edir. İlyas Afaqın taleyilə maraqlanır və Afaq ona başına gələnləri nəql edir. Başına olmazın müsibətlər gələn Afaqla İlyas nəticədə evlənmək qərarına gəlirlər.
Filmin üzərində işləyənlər Əsər müəllifi: Buta Sadıqov Rejissor: Ağakişi Kazımov Operator: Fərman Nəbiyev Rəssam: Səmayə Hüseynova
Rollarda Məhluqə Sadıqova — İlyasın anası Mirvari Novruzova — vəzirin arvadı Muxtar Avşarov — vəzir İlham Əsgərov — İlyas Səidə Quliyeva — Afaq Şahin Cəbrayılov — qoçu Rüstəm Əliyev — Afaqı gətirən
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:Azərbaycan filmləri Kateqoriya:Eldənizlər dövrünə aid filmlər Kateqoriya:Azərbaycanca filmlər