Hadisələr Peterburqda "Qanlı bazar günü". 1905-1907-ci illər I rus burjua-demokratik inqilabının başlanması oktyabr - Ümumrusiya siyasi tətili, 17 oktyabr - Rusiya çarı II Nikolay tərəfindən demokratik azadlıqlar "bəxş olunması" haqqında Manifestin elan edilməsi 20 oktyabr - Qalatasaray idman klubunun yaradılması. 21 noyabr — Eynşteyn tərəfindən məşhur E=mc2 düsturunun açıqlanması. 9-19 dekabr - Moskva silshlı üsyanı Almaniyada dənizlər haqqında əlavə qanun qəbul edilməsi. Rusiya çarı II Nikolay tərəfindən Dövlət Dumasına qanunverici hakimiyyətin və liberal azadlığın verilməsi haqqında manifestin imzalanması. Çində "Birləşmiş İttifaq" təşkilatının yaradılması. 6–9 fevral — Rusiyanın Çar hakim dairələrinin yaxından köməyi ilə Bakı şəhərində silahlı erməni dəstələri tərəfindən minlərlə azərbaycanlının qarət edilməsi və qətlə yetirilməsi"Azərbaycan ərazisində erməni quldur və terror birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar" (yaddaş kitabçası), (tərtib edəni: Anar İsgəndərov), Bakı, 2011. səh.6. 26 fevral – Qafqaz canişinliyinin bərpa edilməsi. 22 aprel - Azərbaycanın mətbuat və ictimai-siyasi tarixində mühüm rol oynamış «Həyat» qəzetinin nəşrə başlaması. 5 may — Erməni hərbi birləşmələri tərəfindən Naxçıvanda dinc azərbaycanlı əhaliyə qarşı qırğınlara başlanılması. 24 may — Daşnak silahlı qüvvələri tərəfindən İrəvan şəhərində dinc azərbaycanlı əhaliyə qarşı qırğın törədilməsi . Azərbaycan milli burjuaziyasi tərəfindən Rusiya Nazirlər Komitəsinə "Ərz-hallar" adlandırılan sənəd təqdim edilməsi. İyun – Erməni daşnakların;n Qacar kəndi uğrunda döyüşlərdə darmadağın edilməsi. İyun- Ə.Ağayev və Ə.Hüseynzadənin redaktorluğu ilə Azərbaycan dilində "Həyat" qəzetinin nəşrə başlaması. 16-21 avqust – Şuşa döyüşlərində erməni quldurlarının ağır məğlubiyyətə düçar olması. 15 avqust –Nijni-Novqorodda Ümumrusiya müsəlmanlarının I qurultayının keçirilməsi. avqust- daşnaklar tərəfindən Bakıda ikinci böyük qırğın törədilməsi. 25 noyabr – Bakı Fəhlə Deputatları Sovetinin yaradılması. "Müsəlman cəmiyyəti xeyriyyəsi" və "Müdafiə və müsəlman kübarları və ziyalılarının ittifaqı cəmiyyəti" təşkilatlarının yaradılması. noyabr- Naxçıvanda ikinci erməni-müsəlman münaqişəsinin baş verməsi. Noyabrın 20-dən 29-dək Tiflisdə də erməni-müsəlman qırğınının törədilməsi dekabr- kadetlər (konstitusiyalı demokratlar) partiyasının Bakı şöbəsinin yaradılması. 15 fevral- Bakıda müvəqqəti general-qubernator vəzifəsinin təsis edilməsi. C.Məmmədquluzadə və Ö.F.Nemanzadə tərəfindən Tiflisdə "Qeyrət" mətbəəsininin yaradılması.

Doğumlar 21 iyun – Jan Pol Sartr 18 sentyabr – Abdulla Sabir 12 dekabr - Mülk Rac Anand 30 yanvar - Cümşüd Zülfüqarlı, azərbaycanlı kimyaçı.

Ölümlər 24 mart - Jül Vern- fransız yazıçı

İstinadlar