Ağrılı yaddaş filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1995-ci ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyası və Müdafiə Nazirliyi sənədli filmlər kino-telestudiyasının istehsalıdır. Film erməni təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin düşmüş, Bərdə, İmişli və Tərtərdə çadır düşərgələrində, vaqonlarda məskunlaşmış məcburi köçkünlərin ağır yaşayış şəraitindən bəhs edir. Şahidlər ermənilərin törətdikləri vəhşiliklərdən danışır.
Məzmun Film erməni təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərimizin çətin həyat şəraitindən bəhs edir.
Filmdə Bərdə, İmişli və Tərtərdə çadır düşərgələrində, vaqonlarda məskunlaşmış məcburi köçkünlərin ağır yaşayış şəraiti əks etdirilir. Şahidlər ermənilərin törətdikləri vəhşiliklərdən danışır.
Filmin üzərində işləyənlər Ssenarist: İmran İsmayıl, Yalçın Əfəndiyev Rejissor: Yalçın Əfəndiyev Operator: Nizami Abbas, Etibar Şirinov, Seyidağa Mövsümlü, Nadir Mehdiyev
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1995-ci ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1995-ci ilin filmləri Kateqoriya:1995-ci ilin Azərbaycan filmləri