Qələbin şəlaləsi — Azərbaycanın Lerik rayonunda, Veri inzibati ərazi dairəsinin Qələbin kəndi yaxınlığında Veriçay üzərində yerləşən şəlalə. Talış dağlarında, Peştəsər silsiləsinin yamacında yerləşən şəlalə yuxarı, orta və aşağı olmaqla üç ayrı şəlalədən ibarətdir.Azərbaycan Respublikasının inzibati — erazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013.
Şəlalə haqqında thumb|Yuxarı Qələbin şəlaləsi Yerləşdiyi ərazi dəniz səviyyəsindən təxminən 1000 metr hündürlükdə olan şəlalə üç ayrı şəlalədən ibarətdir: yuxarı, orta və aşağı. Aşağı Qələbin şəlaləsinin hündürlüyü 65–70 metr, Orta Qələbin şəlaləsinin hündürlüyü 10–15 metr, Yuxarı Qələbin şəlaləsinin hündürlüyü isə 35–40 metrdir. Yuxarı Qələbin şəlaləsi Cənubi Amerikada, Perunun San-Martin bölgəsində yerləşən Huacamaillo şəlaləsi ilə böyük vizual bənzərlik təşkil edir.
Həmçinin bax Afurca Mamırlı şəlalə (Qax)
Xarici keçid LERİK TƏBİƏTİN HORMONİYASI
İstinad Kateqoriya:Azərbaycan şəlalələri Kateqoriya:Lerik rayonu