Neftyanik stadionu () — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının İşimbay şəhərindəki əsas idman qurğusu. Şəhər mərkəzində olan Lenin meydanının yaxınlığında yerləşirДетско- юношеская спортивная школа №4 (Стадион Нефтяник) . ishimbaimr.ru . Stadionun tutumu 5000 nəfərlikdir. İşimbay şəhərinin "Neftyanik" futbol klubu özünün ev oyunlarını bu stadionda keçirir. Stadionun direktoru İvan Kapoşkodur.

Tarixi Stadionun əsası 1937-ci ildə qoyulmuş, 1940-cı ildə isə açılışı olmuşdur.

1947-ci ildən "İşimbayneft"ə aid olmuş bu stadion, 2000-ci ildən şəhərin bələdiyyə qurumuna aiddir.

İnfrastrukturu Stadionun tribunaları üstüaçıq formadadır. Stadionun futbol meydançasının ölçüləri 105x68 m-dir. Meydançanın kənarında atletizm üçün 400 m-lik yer vardır. Bundan başqa uzunluq və uzunluq atışları, disk və nizə, atış üçün də şərait yaradılmışdır. Stadion ərazisində 18x9 m ölçülü idman zalı, basketbol, voleybol, hokkey meydançaları və s. də var.

Fəaliyyəti Təlim zallarında stolüstü tennis üzrə dərslər keçirilir.

İl ərzində stadion vətəndaşların istifadəsində olaraq, onların istirahəti üçün burada şərait yaradılır. Mütəmadi olaraq milli, Respublika və regional miqyaslı idman tədbirləri keçirilir.

Stadion özü qışda İşimbay sakinləri tərəfindən buz meydançası kimi də istifadə olunur. 400px|center|thumb|Buz meydançası, 2011 Burada əsasən Başqırdıstan Respublikası Çempionatının futbol matçları, "Dəri top" turniri və uşaqlar arasında məşhur olan "Həyət futbolu" oyunları keçirilir.

Həmçinin bax Neftyanik stadionu (Ufa)

İstinadlar

Xarici keçidlər

Стадионы России

Kateqoriya:Başqırdıstan stadionları Kateqoriya:1937-ci ildə yarananlar Kateqoriya:İşimbayda idman Kateqoriya:Rusiya futbol stadionları