Endrü Stetson (; ) — Kanada modeli.

Karyerası Endrü Stetson 23 yaşında model olmamışdan əvvəl dülgərlik ilə məşğul olub. Onu "NAM" agentinin əməkdaşı Noruani Anderson bu sahəyə yönləndirib.

Bir ilə yaxın Nyu-Yorkda və Avropada modelliklə məşğul olduqdan sonra geri qayıdaraq əvvəlki dülgərlik işinə qayıtsa da, sonradan dostları və ailəsi onu yenidən modelliyə qayıtmağa həvəsləndirdilər. Həmin vaxtdan etibarən o bir çox "Armani", "Chanel", "Dolce & Gabbana", "Zara", "Calvin Klein", "Levi's", "Bloomingdales", və "H&M" kimi şirkətlərin reklamlarında göründü. O həmçinin 2005-ci ilin noyabr ayında və 2010-cu ildə mayda fransız qey jurnalı olan "Têtu"nun üz qabığında göründü. Bundan sonra jurnal 6 səhifəni ona həsr edərək onun haqqında yazdı. 2006-cı ildə avqustda Endrü Calvin Klein-in ətir şirkəti olan Euphoria ilə 3 illik müqavilə bağladı. O Karson Parker tərəfindən "Euphoria"nın uğurlu siması, Qarrett Neff isə şirkətin uğurlu təşkilatçı modeli elan edildi.

19 mart 2011-ci ildə Endrü və sevgilisi Stin Danimarkada evləndilər.

İstinadlar

Xarici keçidlər Models.com saytında

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1979-cu ildə doğulanlar Kateqoriya:24 avqustda doğulanlar Kateqoriya:Kanadada doğulanlar