Başqırdıstan Dram Teatrı (tam adı: Məjit Qafuri adına Başqırdıstan Dram Teatrı; ) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində fəaliyyət göstərən dram teatrıBaşqırdıstan Dram Teatrı . ensiklopediya.gov.az .
Tarixi Teatrın əsası 4 dekabr 1919-cu ildə Sterlitamakda 1-ci Başqırdıstan Dövlət Teatrı kimi qoyulmuşdur. İlk bədii rejissoru və direktoru V.Q. Murtazin-İmanski olmuşdur.
1922-ci ildən Ufaya köçürülmüş, Ufa Dövlət nümunəvi teatrının tatar-başqırd truppası ilə birləşdirilmişdir.
Burada başqırd və tatar müəlliflərinin pyesləri, həmçinin rus və dünya klassiklərinin əsərləri tamaşaya qoyulurdu.
1929-1930-cu illər teatr üçün dönüş mövsümü olmuşdur. Belə ki, həmin mövsümdə teatr başqırd ədəbi dilinə keçmiş və Moskvadakı Malı Teatr ilə yaradıcılıq əməkdaşlığı haqqında müqavilə bağlamışdır. thumb|Tamaşadan epizod Teatrın tarixində V.Q. Murtazin-İmanski, Z.İ. Bikbulatova, T.M. Biktaşeva, L.V. Valiyev, V.Q. Qalimov, T.Q. İmaşev, R.V. İsrafilov, M.A. Maqadeyev, A.K. Mübarəkov, Ş.M. Murtazina, A.Q. Sadıkova, R.S. Sırtlanov, Q.R. Şamukov, X.Q. Yarullin və başqalarının böyük rolu olmuşdur. 1935-ci ildən akademik dram teatrı statusuna malikdir. 1971-ci ildən başqırd mütəfəkkiri Məjit Qafurinin adını daşıyır. Teatrın qarşısında Məjit Qafurinin abidəsi qoyulub.
Həmçinin bax Başqırdıstan Opera və Balet Teatrı
İstinadlar
Xarici keçidlər
Саитов Х. С. Башкирский театр драмы.// Статья в Башкирской энциклопедии
Kateqoriya:4 dekabrda yarananlar Kateqoriya:1919-cu ildə yarananlar Kateqoriya:Ufa teatrları Kateqoriya:Başqırdıstan Akademik Dram Teatrları Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:SSRİ mədəniyyəti Kateqoriya:Ufa tikililəri