Svejee gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir.
Coğrafiya Svejee gölü karst məşhəllidir. Tatarıstanın Laişevski rayonunda, Travkino kəndindən 0,3 km şimal-şərqdə yerləşir. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 170 metr, maksimal eni isə 90 metrdir. Su səthinin sahəsi 1,3 ha-dır. Orta dərinliyi 4 metr, maksimal dərinliyi 6,5 m təşkil edir.
Hidrologiya Su tutarının həcmi 40 min m³-dir. Qıdalanması qarışıqdır. Yeraltı və qrut suları ilə qıdalanır. Səviyyəsi dəyişməzdir. Suyu sarıdır, minerallaşma 49,4 mq/l, şəffaflıq 40 sm-dir. Kimyavi tərkibi hidrokarbonatlı-maqneziumludur.
Ədəbiyyat Татарская энциклопедия: В 6 т /Гл. ред. М. Х. Хасанов, отв. ред. Г. С. Сабирзянов. — Казань: Институт Татарской Энциклопедии
Mənbə
Kateqoriya:Tatarıstan gölləri Kateqoriya:Tatarıstan təbiət abidələri