Fransa-Azərbaycan futbol qarşılaşması və ya Azərbaycan KİV-də tanınan adı ilə Oser faciəsi – 6 sentyabr 1995-ci ildə Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində baş tutmuş və Fransanın 10:0-lıq qələbəsi ilə nəticələnən qarşılaşma. Oyun Azərbaycan futbol tarixinə Azərbaycan millisinin ən böyükhesablı məğlubiyyəti kimi düşmüşdür. 18 noyabr 2023-cü ildə Fransanın Cəbəllüttariqə 14:0 hesabı ilə qalib gəldiyi oyuna qədər Fransa millisinin ən böyükhesablı qələbəsi olmuşdur.
Oyun öncəsi Komanda8530156+9188332138+512725071+61183231015−51182331111097007217−150 Oyun Futbol üzrə 1996-cı il Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu üzrə keçirilirdi. Bu, Fransa və Azərbaycanın qrupda keçirəcəyi 8-ci oyun olacaqdı. Azərbaycan millisi turnirə qatılmaq şansını artıq itirdiyi halda, Fransa hələ də turnirə vəsiqə uğrunda mübarizə aparırdı. Oyundan öncə Fransanın ən böyükhesablı qələbəsi 8:0 idi və bu komandalar üzərində əldə edilmişdi: Lüksemburq (20 aprel 1913), Lüksemburq (17 dekabr 1953) və İslandiya (2 iyun 1957). Azərbaycan isə bu oyuna qədər ən böyükhesablı məğlubiyyətini 19 aprel 1994-cü ildə yoldaşlıq oyununda Maltadan (0:5) almışdı.
Oyunun detalları
GK 1 Bernar LamaRB 2 Joslen Anqloma LB 3Bişente LizarazuCB 4 Marsel Dösayi CB 5 Frank Löböf AM 6 Yuri Corkaeff DM 7 Didye DeşamCM 8Vensan Qeren FW 9 Kristof Düqarri AM 10 Zinəddin Zidan AM 11 Renald Pedros Ehtiyat oyunçular:LB 12 Erik Di MekoDF 13 Lilian Türam FW 14 David Jinola MF 15 Kristof Kokar GK 16 Brüno MartiniMəşqçi: Eme Jake GK 1 Elxan Həsənov DF 2 Arif ƏsədovDF 3 İqor Getman DF 4 Tərlan ƏhmədovDF 5 Emin AğayevDM 6 Rasim AbuşevFW 7 Yunis Hüseynov MF 8 Şahin DiniyevMF 9 Vladislav Qədirov MF 10Mahmud Qurbanov MF 11Vyaçeslav LıçkinEhtiyat oyunçular:MF 17 Bəxtiyar MusayevFW13 Fazil PərvərovFW 14 Müşfiq Hüseynov FW 15 Samir Ələkbərov GK 16 Nizami Sadıqov Məşqçi: Ağasəlim Mircavadov
Oyundan sonra Komanda8530156+9188350171+16148332138+51283231015−51182331111098008227−250
Oyundan sonra Fransa millisi xallarının sayını 14-ə çatdırmış və Polşanı qabaqlayaraq 2-ci sıraya yerləşmişdir. Azərbaycan millisi 0 xalda qalaraq ardıcıl 8 məğlubiyyətlə sonuncu yerdə qalmışdır.
Baş məşqçi Ağasəlim Mircavadov məğlubiyyətdən dərhal sonra öz postundan istefa vermişdir. Daha sonra o, məğlubiyyətin səbəbləri kimi legioner futbolçuların gələ bilməməsi, hazırlığın çox aşağı olmasını, rəqibin çox güclü olmasını göstərmişdir. Oyunun iştirakçısı Şahin Diniyev verdiyi bir müsahibədə məğlubiyyətin səbəbini oyunçularının çoxunun legioner həyatı yaşaması, şəraitin olmaması və "hamı ilə eyni səviyyədə oynaya biləcəklərini" düşünmələri ilə əlaqələndirmişdir. Fazil Pərvərov isə hesabın belə böyük olmasının səbəbi kimi baş məşqçinin təcrübəsizliyini və hücum futbolu oynamalarını göstərmişdir.
2016-cı ildə pastemagazine.com saytı "Millilərin top-10 böyükhesablı məğlubiyyəti" siyahısına Oser faciəsini də daxil etmişdir.
İstinadlar
Xarici keçidlər 30px|link=YouTube Oyunun videosu
Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunları Kateqoriya:Fransanın futbol matçları Kateqoriya:1995-ci ildə Azərbaycanda idman Kateqoriya:1995-ci ildə Fransada idman Kateqoriya:Böyükhesablı futbol qalibiyyətləri