Zaynulla Rasulev (; d. 25 mart 1833 – ö. 2 fevral 1917) — başqırdların XIX əsrdə və XX əsrin əvvəllərində yaşamış dini lideri; işan. Cədidiyənin ən əhəmiyyətli nümayəndələrindən biri və ilk cədidi mədrəsəsinin qurucusu. 1859-cu ildə nəqşibəndi olmuş, 1869-1870-ci illərdə İstanbulda şeyx Əhməd Ziyaüddindən təlimat almışdır.
Həyatı Zaynulla Rasulev 25 mart 1833-cü ildə indiki Uçalı rayonunun Şaripova kəndində molla ailəsində anadan olmuşdur.
Əvvəlcə öz doğma kəndində, daha sonra digər kəndlərdə mədrəsədə oxumuşdur.
2 fevral 1917-ci ildə indiki Çelyabinsk vilayətinin Troitsk şəhərində vəfat etmişdir. O, həmin şəhərdəki qədim müsəlman qəbiristanlığında dəfn edilmişdir.
Başqırdların xatirəsində Zaynulla Rasulev tərəfindən törədilən möcüzələr və xəstələrin müalicəsi halları haqqında bir çox əfsanəvi rəvayətlər qalmışdır.
Xatirəsi thumb|Zaynulla Rasulev məscidi Uçalı şəhərində onun adına məscid var. Həmin məscid 2009-cu ildə tikilmişdirВ Учалах откроется мечеть имени Зайнуллы Расулева. Ufanın Blaqoyeva küçəsi 2008-ci ildən Zaynulla Rasulev küçəsi adlanır. 2016-cı ildə Dağıstanın Mahaçqala şəhərində Zaynulla Rasulev adına məscid açılmışdır.
Ailəsi Əsli Kuvakan adlı başqırd soyundandırСогласно биографической книге внучки Зайнуллы Расулева — Сафуат Рахманкуловой (1923 — 2007).
Oğlu Qabdrəhman Rasulev də başqırdların məşhur din xadimi olmuşdur.
Nəvəsi Atilla Rasix (Rasulev) məşhur tatar yazıçısıdır.
İstinadlar
Ədəbiyyat Юнусова А. Б. Ислам в Башкортостане / под ред. А. В. Малашенко. — М.: Логос, 2007. — 96 с. — (Ислам в России). Газизова А. А. Ишан Зайнулла, я кровиночка твоя!
Xarici keçidlər Башҡорттоң бөйөк шәйехе \\ The great shekh of Bashkirs. Article in the newspaper Yeshlek (‘’Йәшлек’’)
Kateqoriya:Başqırdlar Kateqoriya:Nəqşibəndilik Kateqoriya:Başqırdıstanda islam Kateqoriya:Ruhanilər