Pənah Allahverdi oğlu Həsənov () — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1971), Azərbaycan SSR pambıq ustası (1966), SSRİ Dövlət mükafatı laureatı (1980).

Həyatı Pənah Allahverdi oğlu Həsənov 9 may 1930-cu ildə anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 14 aprel 1992-ci ildə vəfat etmişdir.

Pənah Həsənov Vedi, İmişli rayonlarında kolxozçu olmuşdur.

Pənah Həsənov SSRİ Ali Sovetinin (8–10-cu çağırış), Azərbaycan SSR Ali Sovetinin (11-ci çağırış) deputatı olmuşdur.АСЭ — Азербайджанская Советская Энциклопедия в 10 т., 1984

Fəxri adları Pənah Həsənov 1966-cı ildə Azərbaycan SSR pambıq ustası, 1971-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüşdür. 1980-ci ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdur.

Pənah Həsənov 2 dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir.

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri