Günəşin işığı () — rejissor Denni Boylun çəkdiyi və 2007-ci ilin aprelində ekranlara çıxan elmi-fantastik triller.

Hadisələr 2057-ci ildə cərəyan edir. Günəş yavaş-yavaş sönməkdədir. Bu isə Yerin məhvi deməkdir. "İkar-2" kosmik gəmisinə Günəşə yaxınlaşmaq və ora nüvə silahı atıb onu yenidən alovlandırımaq tapşırılır. Lakin sonradan aydın olur ki,bu heç də asan iş deyilmiş...

Rollarda Rouz Birn - Keysi,pilot Klif Kürtis - Meys,kompüter mütəxəssisi Mişel Yeo - Korasa,botanik Hiroyuki Sanada - Keneyda

Maraqlı faktlar Filmdə kosmik gəminin adı qədim yunan əsatirlərinin qəhrəmanı İkardan götürülüb.İkar və onun atası Dedal Krit adasında yaşamağa məhkum edilmişlər.Lakin bir gün İkar özünə qanad düzəldərək göyə uçur.Lakin,Günəşin şüaları onun qanadlarını əridir və İkar yüksək hündürlükdən suya düşərək ölür. Bu əfsanə metaforadır-müəyyən sədd vardır ki,insan o səddi aşmaq gücündə deyil. Müasir araşdırmalar göstərir ki, Günəşdə olan nüvə enerjisi ona ən azı 4.5 milyard il bugünkü kimi parlamağa kifayətdir. Ona görə də filmin ssenarisi olduqca şübhəli xarakter daşıyır.

İstinadlar

Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:2007-ci ilin filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:Prodüser Endrü Makdonaldın filmləri Kateqoriya:Ssenari müəllifi Aleks Qarland olan filmlər Kateqoriya:2007-ci ilin psixoloji triller filmləri Kateqoriya:İngilis dilində elmi fantastika triller filmləri Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:ABŞ filmləri Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Böyük Britaniyanın fantastika filmləri Kateqoriya:ABŞ-nin triller dram filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin fəlakət filmləri Kateqoriya:Fox Searchlight Pictures filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika filmləri Kateqoriya:Kosmonavtlar haqqında filmlər Kateqoriya:Postapokaliptik filmlər Kateqoriya:2000-ci illərin fəlakət filmləri Kateqoriya:Din haqqında filmlər