Sterlibaş rayonu () — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Sterlibaşev kəndidir. Coğrafi yerləşməsi Başqırdıstanın cənubunda yerləşir. Rayonun ərazisi 1609 km² təşkil edir. İqlimi kontinentaldır. Rütübət çatışmazlığı ilə seçilir. Ərazisindən Sterlya, Urşak, Tyater və Kundryak çayları axır. Başdan-başa qara torpaqla örtülü olsa da şimal-qərbində tünd boz meşə torpaqlarına rast gəlinir. Meşələr ərazisinin 16,9 % əhatə edir. Ərazisində gil, qum və neft yataqları vardır. Tarix Karaquşevski rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir. Həmin ilin 4 sentyabrında rayon icraiyyə komitəsi yaradıldı. 6 mart 1931-ci ildə başqa qərarla Karaquşevski rayonu Sterlibaş rayonu adlandırılır və mərkəzi Sterlibaşev kəndinə dəyişdirilir.

Əhali Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Duvan rayonu ərazisin milli tərkibi: tatarlar — 54,3 %, başqırdlar — 36,2 %, ruslar — 5,9 %, çuvaşlar — 2,3 %, digər millər — 1,3 %.

İnzibati-ətazi vahidləri 15 kənd inzibati vahidliyinə 69 yaşayış məntəqəsi daxildir İqtisadiyyat Ərazisinin 120,7 min ha (rayon ərazisinin 75 %) kənd təsərrüfatına cəlb olunmuşdur. 31,9 min ərazi otlaq sahələridir. Bölgənin təsərrüfatları şəkər çuğunduru və günəbaxan yetişdirilməsi, ət və süd tədarükü, donuz və toyuq yetişdirilməsi üzrə ixtisaslaşmışdır. Nəqliyyat Ərazisindən Sterlitamak — Sterlibaş — Tyater-Araslan, Aksyonov — Sterlibaş — Meleuz regional magistralı keçir.

Sosial sfera Rayon ərazisində 46 ümumtəhsil mərkəzi, 19 orta məktəb, musiqi məktəbi, peşə uçilişi, 23 kütləvi kitabxana, 41 klub, mərkəzi və 2 xəstəxana fəaliyyət göstərir. Burada başqırd, tatar və rus dillərində «Sterlibaş bulaqları» adlı qəzetlər buraxılır.

Tanınmış şəxsləri Yevgeni Porfirieviç Antoşkin (1932) — Sovet mədən sənayesi işçisi, ekskavatorçu, Sosialist Əməyi Qəhrəmanı (1971). Rauşaniya Musadirovna Badretdinova (28 sentyabr 1974) — Rusiya rəssamı, Rusiya və Başqırdıstan Respublikası Dizaynerlər İttifaqının üzvü (2002), Beynəlxalq Rəssamlar Birliyinin üzvü, Rusiya və Başqırdıstan Rəssamlar İttifaqının üzvü (2012). Mirsalih Mirsalimovich Bekçurin (1819 — 7 mart 1903) — Rus dilçisi, tərcüməçi, publisist, müəllim, folklorşünas. Qabdulla Səidi (3may 1836 — 1 sentyabr 1914) — Başqırd din xadimi, sufilik izləyicisi, yazıçı və şairdir. Marat Hafizoviç İşmiyarov (13 sentyabr 1947) — Gazprom neftkim Salava ASC-nin baş direktoru (2002—2005). Xəlil Xalyafoviç Rəhimov (2 may 1961) — Başqırdıstan Respublikasının Sənaye, İnvestisiya və İnnovasiya siyasəti nazirinin müavini (2007-2008), Salavat Administrasiyasının rəhbəri (2008-2009), Başqırdıstan Respublikasının Sənaye və İnnovasiya siyasəti nazirinin birinci müavini (2010-ci ildən). Məhəmmədşakir Məhəmmədxarisoviç Tukayev (1867 — 1932) — Ufa vilayətindən Rusiya Dövlət Dumasının II və III çağırış deputartıЧлены государственной думы (портреты и биографии) Второй созыв 1907-1912 г. Бойович М. М. Издание т-ва Сытина Москва 1907. QabdelXay Qimadievi FaXreev, (4 sentyabr 1929 — 31 аvqust 1991) — aktyor, BMSSR xalq artisti (1974), RSFSR xalq artisti (1991). Safa Xuzyanoviç Həsənov (16 iyun 1916 — 26 sentyabr 1973) — qvardiya kiçik leytenantı, Sovet İttifaqı Qəhrəmanı (1944). Zəki Şəmsəddin (1825 — noyabr 1865) — başqırd şairi, sufilik izləyicisi. Tatar, türk (qədim Osmanlı), ərəb və fars dillərində əsərlər yazırdı.

Mənbə Sterlibaş rayonu administrasiyası

İstinadlar

Kateqoriya:Sterlibaş rayonu Kateqoriya:Başqırdıstan rayonları Kateqoriya:1964-cü ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər