Mixail Nikolayeviç Rəhimkulov (, , ) və ya Məqdət Niqmatoviç Rəhimkulov , , 16 oktyabr 1945, Moskva, SSRİ) — Tatar əsilli Rusiya-Macarıstan biznesmeni,Məqdət Rəhimkulov Forbes reytinqində, 2010-cu il. "Kafajat Kft " MMC və Macarıstan bankı olan "Általános Értékforgalmi Bank"-ın idarə heyəti üzvü və əsas sahibi. Macarıstanda "Qazprom" agentliyinin keçmiş prezidenti, 2008-ci ildə Rusiyaya geri qayıtmazdan əvvəl Macarıstanın ən zəngin vətəndaşı.Gazprom’s Former Executives Earns on Hungarian Oil
Həyatı Məqdət Rəhimkulov 1945-ci ilin oktyabr ayının 16-da Moskva şəhərində anadan olmuşdur. 1971-ci ildə SSRİ Qaz Sənayesi Nazirliyində işə başlamışdır. 1973-cü ildə Ümumittifaq Yazışma Maliyyə-İqtisadiyyat İnstitutunu bitirmişdir. 1978-ci ildə Moskva Menecment İnstitutunu bitirmişdir. Həmin il, "Soyuzqazavtomatiki" (Minqazprom müəssisəsi) rəhbərinin müavini olmuşdur. 1989-1992-ci illərdə "Qazexport" xarici iqtisadi müəssisəsinin baş direktoru olmuşdur. 1991-ci ildə Qazexport-un birinci müavini olmuşdur. 1992-ci ildə "Interpromkom" MMC-nin baş direktoru olmuşdur. 1994-cü ildə treyder Panrusqas ("Qazprom" BM və Macarıstanın MOL Qrupu) baş direktoru təyin edilmişdir. 1996-cı ildə Kredit Bankının "Layihə Maliyyələri üzrə Şirkət" Müşahidə Şurasının sədri olmuşdur. 2001-ci ilə "Panrusqas" vasitəçi firmasının rəhbəri olmuş, sonra isə tamamilə öz investisiyaları üzərində işləmişdir. 2005-ci ildə Macarıstanın "Általános Értékforgalmi Bank"-ın sahibi olmuşdur. 2007-ci ildə Macarıstanın ən böyük bankı olan OTP Bank və MOL qaz şirkətinin paylarının bir hissəsini almışdır. 2007-ci ildə Budapeştdən Moskva şəhərinə geri qayıtmışdır. Forbes jurnalı 2011-ci ildə, Rəhimkulovun 1,6 milyard dollarlıq sərvətinin olduğunu təxmin etmişdir.Megdet Rahimkulov
Ailə Evlidir. Arvadı Rəhimkulova Qalina Dmitriyevna. Uşaqları, Rəhimkulov Timur Məqdətoviç, (1977-ci ildə təhsil üzrə iqtisadçı, Budapeşt universitetini bitirmişdir) və Rəhimkulov Ruslan Məqdətoviç.
İstinadlar
Xarici keçidlər gzt.ru toppersona.com rb.ru beautypa.ru polypipe.ru forbes.com
Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rusiya milyarderləri Kateqoriya:Rusiya iş adamları Kateqoriya:Tatar iqtisadçılar Kateqoriya:Rusiya iqtisadçıları Kateqoriya:Macarıstan iş adamları