Səftər Məmməd oğlu Cəfərov () — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1959–1961).
Həyatı Səftər Cəfərov 1900-cü ildə Bakı qəzasının Pirşağı kəndində kəndli ailəsində anadan olmuşdur. 15 yaşından işləməyə başlamış, xüsusi sahibkarların yanında fəhləlik etmişdir. Həmin illərdə fəhlə hərəkatına qoşulmuşdur.
1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqda Səftər Cəfərov Qızıl Orduya daxil olmuş, həmin ilin oktyabrında isə Sov. İKP üzvlüyünə qəbul edilmişdir. O, Qızıl Orduda 1932-ci ilədək xidmət etmiş, sıravi əsgər rütbəsindən siyasi işçi vəzifəsinədək yüksəlmişdir. Batalyon və polk hərbi komissarı, diviziya qərargahı rəisinin siyasi hissə üzrə köməkçisi, sonra isə Styopin adına Azərbaycan ikinci Qafqaz atıcı diviziyasının və Xəzər hərbi donanmasının hərbi prokuroru olmuşdur.
1932-ci ildən 1935-ci ilədək Azərbaycan SSR-in prokuroru, 1933-cü ildən eyni zamanda Azərbaycan SSR xalq ədliyyə komissarı vəzifəsində işləmişdir. Sonralar Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, Moskvada SSRİ Xalq Komissarları Soveti yanında Azərbaycan SSR-in daimi nümayəndəsi olmuş, 1940-cı ilin oktyabrında isə Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsinə təyin edilmişdir.
Səftər Cəfərov 1947-ci ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1958-ci ildən sədr müavini, 1959-cu ilin noyabrından isə sədri olmuşdur. 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olmuşdur.
Sov. İKP 22-ci qurultayının, Azərbaycan KP 19–25-ci qurultaylarının nümayəndəsi olmuşdur. Sov. İKP 22-ci qurultayında Sov. İKP mərkəzi təftiş komissiyasının üzvü seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin 1–5 çağırış deputatı olmuşdur.
Səftər Cəfərov 16 noyabr 1961-ci ildə Bakıda ürək-damar xəstəliyindən vəfat etmiş və 19 noyabrda Fəxri Xiyabanda dəfn edilmişdir.
Təltifləri 2 dəfə "Lenin" ordeni — 1943, 7 sentyabr 1960 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — biri 27 aprel 1940
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvləri Kateqoriya:Azərbaycan SSR xalq torpaq komissarları Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin VIII çağırış üzvləri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin Mərkəzi Təftiş Komissiyasının üzvləri Kateqoriya:Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədrləri