Bünyad Mədət oğlu SərdarovМ.А. Казиев. Буниат Сардаров: Страницы жизни и борьбы. — Баку: Азернешр, 1979. — 78 с. (əsl soyadı: İbrahimov; ) — Azərbaycan bolşevik inqilabçısı. O, Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizənin fəal iştirakçılarından biri olmuş, Daxili İşlər üzrə Xalq Komissarlığının müvəkkili kimi fəaliyyət göstərmiş və Hümmət təşkilatının üzvü olmuşdur. Azərbaycan SSR əməkdar arxitektoru Sərdar Sərdarovun atasıdır.

Erkən həyatı

Bünyad İbrahimov 1889-cu ildə Cəbrayıl qəzasının Qarğabazar kəndində yoxsul kəndli ailəsində anadan olmuş və ailədə beş uşağın ən böyüyü olmuşdur. Anası Xırda Heydər qızı həmin qəzanın Qoçəhmədli kəndindən olmuşdur. Ata xətti üzrə ulu babası Sərdar adlı şəxs olmuş, sonradan Bünyad da soyad kimi məhz onun adını — Sərdarov soyadını qəbul etmişdir. Sərdarın əslən İrandan olduğu, Rusiya–İran müharibəsi dövründə isə Rusiya tərəfində qalaraq Qarğabazar kəndində məskunlaşdığı məlum olmuşdur.

Səkkiz yaşında ikən atasını itirmişdir. Ailənin ağır vəziyyətinə baxmayaraq, atasının 300 rubl borclu olduğu bir qolçomaq borcun ödənilməsini tələb etmişdir. Anası evdə olan bütün əşyaları satmağa məcbur qalmış, lakin əldə olunan vəsait borcu tam ödəməyə kifayət etməmişdir. Bu səbəbdən Bünyad muzdlu fəhlə kimi işləməklə yanaşı, kənd məktəbində gecə gözətçisi kimi də çalışmağa başlamışdır. Axşamlar savad öyrənmiş, daha sonra əmisioğlu Xanlar Səfərəliyev ilə birlikdə Qarğabazar rus-tatar məktəbinin birinci sinfinə qəbul olunmuşdur. Sonradan iki il Şuşada yerləşən məktəbdə təhsil almışdır.

1903-cü ildə, on dörd yaşında olarkən, Bünyad İbrahimov həmkəndliləri ilə birlikdə Bakıya getmişdir. Şəhərdə altı ay ərzində iş tapa bilməmiş, yalnız böyük çətinliklə yoldaşlarının köməyi ilə əvvəlcə fəhlə, daha sonra isə Bibiheybət neft cəmiyyətində telefonçu kimi işə düzəlmişdir.

RK(b)P sıralarında right|thumb|Bakıda yaşadığı evin önündə yerləşən plakat.

1906-cı ildə Bünyad İbrahimov Rusiya Kommunist (bolşeviklər) Partiyasına qoşulmuşdur. 1908 və 1912-ci illərdə Qaryagin qəzasının kəndliləri arasında inqilabi fəaliyyət aparmışdır. 1917-ci ildə Balaxanı–Sabunçu rayonunun fəhlələri tərəfindən Bakı Sovetinə seçilmişdir. Bakıd baş tutmuş Mart soyqırımından sonra şəhərin müsəlman hissəsinin mühafizəsi üzrə komissarın müavini olmuşdur. 9 may tarixində Daxili İşlər üzrə Xalq Komissarlığının müvəkkili təyin edilmişdir. Bundan əlavə, Məşədi Əzizbəyov və Möhsün İsrafilbəyov ilə birlikdə Bakı Soveti nəzdində fəaliyyət göstərən "Şəhərətrafı komissiya"ya rəhbərlik etmişdir.

Ölümü

1918-ci ilin yazında Bünyad Sərdarova Həştərxan bolşevikləri ilə həmin dövrdə dərin gizli fəaliyyət göstərən Bakı bolşevikləri arasında geniş və etibarlı əlaqə yaratmaq tapşırığı verilmişdir. Aprel ayında o, "İbrahim Ağaoğlu" adı ilə desant dəstəsi ilə birlikdə balıqçı qayığına minərək Həştərxandan Bakıya yola düşmüşdür, lakin səfər zamanı onlar müdaxiləçi qüvvələr tərəfindən ələ keçirilmiş və Sərdarov da daxil olmaqla hamısı güllələnmişdir.

Nina Nikolayevna Kolesnikova öz xatirələrində həmin hadisələrlə bağlı qeyd etmişdir ki, Sergey Mironoviç Kirov bir dəfə ondan Bakı bolşevikləri arasında təhlükə qarşısında geri çəkilməyəcək etibarlı bir şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. O, Bakıda tanıdığı Sərdarovun çox təvazökar, siyasi cəhətdən yetkin və məsul tapşırıqları uğurla yerinə yetirən bir şəxs olduğunu bildirmiş, onu tövsiyə etmişdir. Kirov bu tövsiyədən sonra Sərdarovla görüşmüş və onun məhz axtardığı adam olduğu qənaətinə gəlmişdir, lakin qısa müddət sonra Sərdarovun izlənilərək mühasirəyə alındığı, ağır işgəncələrə məruz qaldıqdan sonra öldürülərək dənizə atıldığı xəbəri alınmışdır. Kirov bu hadisə ilə bağlı partiyanın sadiq və dəyərli bir üzvünü itirdiklərini bildirmişdir.

Anastas İvanoviç Mikoyan da sonradan xatirələrində Bünyad Sərdarovun faciəli şəkildə həlak olduğunu qeyd etmişdir. Onun sözlərinə görə, Sərdarovun bir qrup silahdaşı ilə Həştərxandan Bakıya qayıtdığı qayıq ingilis qüvvələri tərəfindən ələ keçirilmiş və qayıqdakıların hamısı güllələnmişdir.

Xatirəsi Bakı şəhərində yerləşən Bünyad Sərdarov adına maşınqayırma zavodu Bakı şəhərində, Səbail rayonunda küçə. 1985-ci ilin yanvar ayında Füzuli rayonundakı Qarğabazar karvansarası Bünyad Sərdarovun xatirə muzeyi kimi istifadəyə verilmişdir.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan inqilabçıları