Aksel Tuanzebe (; ) — Premyer Liqa klubu Börnli FK və Konqo Demokratik Respublikasının milli futbol komandasında müdafiəçi kimi çıxış edən Konqolu peşəkar futbolçu.

Konqo Demokratik Respublikasında anadan olan Tuanzebe kiçik yaşlarında İngiltərəyə köçmüş və İngiltərənin U-19, U-20 və U-21 komandalarında çıxış etmişdir.

Klub karyerası

Mançester Yunayted

İlk illəri Tuanzebe səkkiz yaşında Mançester Yunayted futbol akademiyasına daxil olmuşdur. O, burada 2013 və 2014-cü illərdə "Milk Cup" mükafatını qazanan heyətin üzvü olmuşdur. 2015-ci ilin mayında Mançester Yunayted klubunda "Cimmi Mörfi" adına İlin gənc futbolçusu mükafatına layiq görülmüşdür.

31 oktyabr 2015-ci ildə Premyer Liqada Kristal Palas klubuna qarşı baş tutan qarşılaşma zamanı Mançester Yunaytedin 18 nəfərdən ibarət heyətinə seçilmişdir.

2016–17 mövsümü 29 yanvar 2017-ci ildə FA Kuboku çərçivəsində Uiqan Atletik klubuna qarşı oyunun 68-ci dəqiqəsində Timoti Fosu-Mensahın əvəzinə meydana daxil olaraq klubun heyətində debüt oyununa çıxmışdır. Bundan dörd gün sonra o, Mançester Yunaytedlə olan müqaviləsinin müddətini 2020-ci ilə qədər uzatmışdır. 7 may 2017-ci ildə Premyer Liqada Arsenala qarşı matçda ilk dəfə oyuna əsas heyətdə başlamışdır. 2017-ci ilin mayında "Denzil Harun" adına olan mükafata layiq görülmüşdür.

Oyun tərzi Əsas mövqeyi mərkəzi müdafiəçisi olmasına baxmayaraq, sağ cinah müdafiəçisi kimi də oynaya bilər. Oyun tərzi öz komanda yoldaşı olan Erik Bayi və Bayern Münhen klubunda çıxış edən Xavi Martinezlə müqayisə oluna bilər.

Karyera statistikası Son yeniləmə: 21 may 2017 KlubMövsümLiqaFA KubokuLiqa KubokuAvropaBaşqaCəmiLiqaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolMançester Yunayted2015–16Premyer Liqa00000000—002016–17Premyer Liqa401000000050Karyera cəmi401000000050

Mükafatları

Klub Mançester Yunayted UEFA Avropa Liqası: 2016–17

Şəxsi Cimmi Mörfi İlin gənc futbolçusu: 2014–15 Denzil Harun İlin futbolçusu (Ehtiyat komandada): 2016–17

Həmçinin bax Mançester Yunayted Konqo Demokratik Respublikası

İstinadlar

Xarici keçidlər Axel Tuanzebe Profile Tuanzebe-nın rəsmi veb-saytında Axel Tuanzebe Profile İngiltərə FA-nın rəsmi veb-saytında

Tuanzebe Tuanzebe Tuanzebe Tuanzebe Tuanzebe Tuanzebe Tuanzebe Tuanzebe Tuanzebe Tuanzebe Tuanzebe Tuanzebe Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:İpsviç Taun FK futbolçuları Kateqoriya:Legioner İngiltərə futbolçuları Kateqoriya:Konqo Demokratik Respublikası əsilli idmançılar Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2025 Afrika Millətlər Kuboku futbolçuları Kateqoriya:Oser FK futbolçuları Kateqoriya:Börnli FK futbolçuları