Anholt adası () — Kattegat boğazında, Danimarkaya məxsus olan ada. Adanın sahəsi 22,37 km², əhalisi isə 167 nəfər təşkil edir (2009). Qreno şəhəri arasında bərə fəaliyyət göstərir. 2007-ci ildən Norddyurs kommunasına daxil edilmişdir.

Coğrafiyası Adanın şimalı Şimali Avropanın ən böyük səhrası ilə məşhurdur. Burada dyunları görmək olur. Bu hissəsə mayak fəaliyyət göstərir. Danimarka ərazisində ən böyük suiti koloniyası burada məskunlaşmışdır.

Tarixi 1808–1814-cü illər ərzində ada Böyük Britaniyanın işğalı altında olmuşdur. Danimarkalıların adanı geri qaytarmaq cəhdi uğursuzluğa uğrayaraq böyük itkiyə səbəb olmuşdur.

Mənbə Anholt.dk

Kateqoriya:Danimarka adaları Kateqoriya:Baltik dənizi adaları Kateqoriya:Şimal dənizi adaları