Turizm sahəsində reklam - informasiya fəaliyyəti iki səviyyədə həyata keçirilirSabir Rəhimov Turizm-ekskursiya işinin təşkili Bakı 2004:
a) Dövlət və ya makrosəviyyədə
b) Kommersiya strukturları səviyyəsində və ya mikrosəviyyədə
Makrosəviyyəli reklam Dövlət tənzimlənmə orqanları tərəfindən həyata keçirilir. ÜTT onları ümumiləşdirərək, Milli Turizm Təşkilatları (MTT) adlandırır. Regionların, bələdiyyələrin turizmi idarə edən orqanları və assosiasiyaları da belə təşkilatlar sırasına aid edilir.
Makrosəviyyəli reklam əsas məqsədi: ölkənin və ya onun regionların xoş simasını yaratmaq potensial istehlakçıda öz səyahəti üçün çox saylı turist istiqamətləri arasında yalnız bu ölkəni və ya regionu seçməyə həvəs yaratmaqdır.
Mikrosəviyyəli reklam Mikrosəviyyəli və ya kommersiya xarakterli reklamın əsas məqsədi ölkənin xoş simasını yaradan reklamdan fərqli olaraq, alıcını bazarda təklif edilən çoxsaylı məhsullar arasında yalnız konkret məhsul almağa sovq etməkdir.
Turizmdə reklam vasitələrinə aşağıdakılar aid edilir: Kütləvi informasiya vasitələri Çap reklam nəşləri Kino və videoreklam Küçə reklamı Reklam suvenirləri Sərgilər, birjalar, yarmarkalar və s.
Xarici keçid AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Həmçinin bax Turizm
Turizmin növləri
İstinad
Kateqoriya:Turizm Kateqoriya:Reklam