Sergey Pavloviç Karpov (d.1 yanvar 1948, Stavropol) — Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Tarix fakültəsinin "Orta Əsrlər Tarixi" kafedrasının müdiri və professoru, AMEA-nın fəxri professoru və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru.
Fəaliyyəti 1948-ci il yanvar ayının 1-də Rusiya Federasiyasının Stavropol diyarında anadan olub. 1986-cı ildən Moskva Dövlət Universitetinin Tarix fakültəsinin "Orta Əsrlər Tarixi" kafedrasının müdiri və 1989-cu ildən isə həmin kafedranın professorudur. 1990-cı ildən Moskva Dövlət Universitetinin tarix fakültəsinin "Orta Əsrlərdə Bizans və Qaradənizin tarixi" laboratoriyasının elmi rəhbəridir. 1992-ci ildən Rusiya Təbiət elmləri Akademiyasının həqiqi üzvüdür (Rusiya Ensiklopediyası bölməsi üzrə). 1996-cı ildən Almaniya Federativ Respublikasının Leybnits Cəmiyyətinin həqiqi üzvüdür. 1998-ci ildə Rusiya Fedrasiyasının Ali peşəkar təhsilinin fəxri işçisidir. 1998-ci ildən İtaliyanın Liquriy Elmlər Akademiyasının ədəbiyyat, mənəvi və tarix elmləri üzrə müxbir üzvüdür. 1998-ci ildən İtaliyanın Alessandriya və Asti əyalətlərinin Akademiya və Tarix Cəmiyyətinin müxbir üzvüdür. 1995–2015-ci illərdə Moskva Dövlət Universitetinin Tarix fakültəsinin dekanı olub. 2003-cü ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, 2011-ci ildən isə həqiqi üzvüdür. 2005-ci ildən Moskva Dövlət Universitetinin əməkdar professorudur. 2006-cı ildən KXDR-in Tszilin Universitetinin fəxri professorudur. 2008-ci ildən İtaliyanın vətən tarixi Venesiya nümayəndə heyətinin müxbir üzvüdür. Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Sergey Pavloviç Karpov MDU-nun Tarix Fakültəsinin prezidenti, Elmi Şurasının üzvü, Rusiya EA-nın tarixi-filoloji elmlər bölməsinin büro üzvü, RF-nın Bizansşünasların Milli Komitəsinin sədri, Erkən yeni dövr tarixçiləri və mediyevistləri cəmiyyətinin prezidenti, tarix və klassik universitet təhsili üzrə təhsil təşkilatlarının tədris-metodiki birliyinin Tədris-Metodiki Şurasının, Rus Pravoslav Kilsəsinin Makaryev fondunun, REA-nın və Moskva hökumətinin ekspert şurasının sədridir. 2011-ci il aprel ayının 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində rusiyalı tarixçi alim Sergey Karpova Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafı və Azərbaycan üçün yüksək səviyyəli tarixçi alimlərin yetişdirilməsindəki fəaliyyətinə görə AMEA-nın fəxri professoru və Akademiyanın Tarix İnstitutunun fəxri doktoru adları verilmişdir.
Həmçinin bax Yusuf Halaçoğlu İlbər Ortaylı İqor Viktoroviç İsmayıl Seragəldin Şuxrat Salamov
Xarici keçidlər Sergey Pavloviç Karpov rəsmi sayt (REA) Moskva Dövlət Universitetinin tarix fakültəsinin səhfəsi Sergey Karpov
İstinadlar
Kateqoriya:AMEA Tarix və Etnologiya İnstitutunun fəxri doktorları Kateqoriya:Stavropolda doğulanlar Kateqoriya:"Aleksandr Nevski" ordeni kavalerləri (Rusiya Federasiyası) Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:Rusiya Elmlər Akademiyasının müxbir üzvləri