1995 Belarus referendumu və ya dörd-suallı referendum — 14 may 1995 tarixində Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko tərəfindən keçirilən ölkənin ilk referendumu. Referendumda dörd sual soruşuldu. Birinci sual Belarus və rus dilinin bərabər şəkildə istifadəsi, ikinci sual Rusiya Federasiyası ilə iqtisadi inteqrasiya, üçüncü sual Belarus dövlət bayrağının və dövlət gerbinin dəyişməsi, dördüncü sual isə, Ali Sovetin səlahiyyətlərinin Dövlət Prezidenti tərəfindən sonlandırılması idi. Referendumunda müvafiq olaraq 87%, 79%, 87% və 82% lehinə səs verilmişdir.
Mübahisəli referenduma faşist işğalı zamanı istifadə olunan bayraqlar və gerblər müzakirə mövzusu olmuşdur.
Suallar və nəticələr
Rus dilinin vəziyyəti Birinci sual "Siz rus dilini Belarus dili ilə eyni statusa keçirməyi qəbul edirsiz?" idi.
SeçimSəslər%Lehinə4,017,27386.8Əleyhinə613,51613.2Xətalı və ya boş səslər192,693–Ümumi4,823,482100Qeydiyyatdan keçmiş seçici/iştirakçı7,445,82064.8Mənbə:Nohlen & Stöver, pp255-256
Rusiya ilə iqtisadi inteqrasiya İkinci sual "Siz prezidentin Rusiya ilə iqtisadi inteqrasiyanı hədəfləyən hərəkətləri dəstəkləyirsinizmi?" idi SeçimSəslər%Lehinə3,622,85178.6Əleyhinə988,83921.4Xətalı və ya boş səslər211,792–Ümumi4,823,482100Qeydiyyatdan keçmiş seçici/iştirakçı7,445,82064.8Mənbə:
Dövlət rəmzləri Üçüncü sual "Yeni Belarus dövlət bayrağı və gerbinin təqdim edilməsiylə əlaqədar təklifi dəstəkləyirsiniz?" idi.
ChoiceVotes%Lehinə4,020,00187.0Əleyhinə602,14413.0Xətalı və ya boş səslər201,337–Ümumi4,823,482100Qeydiyyatdan keçmiş seçici/iştirakçı7,445,82064.8Mənbə:
Parlamentin vəzifədən azad edilməsi Dördüncü sual "Siz Konstitusiyanın sistematik və ya ciddi pozulması hallarında Belarus Respublikasının Prezidenti tərəfindən Ali Sovetin plenar səlahiyyətlərinin erkən dayandırılmasını təmin edən Belarus Respublikasının fəaliyyət göstərən konstitusiyasına dəyişikliklərin edilməsi zəruriliyini dəstəkləyirsiniz?" idi
ChoiceVotes%Lehinə3,749,26681.4Əleyhinə857,48518.6Xətalı və ya boş səslər216,731–Ümumi4,823,482100Qeydiyyatdan keçmiş seçici/iştirakçı7,445,82064.8Mənbə:
Sonrası Yeni konstitusiya dəyişikliklərinin tərəfdarı Aleksandr Lukaşenko, bu referendumun xüsusilə Böyük Vətən müharibəsi əsnasında əldə edilən qalibiyyətlə əlaqəli olduğunu vurğuladı və referandum nəticəsini qalibiyyət elan edərək "Vuruşduğunuz ölkənin bayrağını sizə geri qaytardıq. Sizə həm xatirəni həm də qüruru geri qaytardıq" ifadələrindən istifadə etdi. Yeni seçilən dövlət gerbinin Belarus xalqının sülhsevər təbiətini simvolikləştirdiyi deyilmişdir.
Həmçinin bax Belarus bayrağı Belarus gerbi
İstinadlar
Kateqoriya:1995-ci ildə referendumlar Kateqoriya:Belarusda referendumlar Kateqoriya:1995-ci ildə Belarus Kateqoriya:Belarusda siyasət Kateqoriya:Ruslaşdırma Kateqoriya:Belarusun dövlət rəmzləri