Bülbülölən — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı.Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.

Toponim Bülbülölən kəndinin digər qədim adı KahadırErmənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995.. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Adının mənası "bülbül olan" yerdir. İranda Bülbülabad, Kəlate-bolbol kənd adları məlumdur145. Савина В.И. Словарь географических терминов и других слов, формирующих топонимов Ирана. М., 1971.. Azərbaycanda və Ermənistanda bir sıra türk mənşəli toponimlərdə "ölən" (ölmək felindən), "olan" (olmaq felindən) və "alan" (almaq felindən) sözləri danışıqda bəzi hallarda təhrifə uğramışdır. Məsələn, Dəvəölən (Dağlıq Qarabağda Çaqazur kəndinin şimalında hündürlüyü 1659 m olan dağ) adında həqiqətən ölən (heyvanın qayadan yıxılıb ölməsi) sözü olduğu halda, Gülalan (Xaçmaz rayonu) kənd adı isə "Göl olan (yer)", Naftalan "neft olan (yer)", Qoçalan çay adı (Qəbələ rayonu) "Qoçu alıb aparan (çay)" mənalarındadır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri