Professor Marston və Ecazkar qadın () — Ecazkar qadın personajının yaradıcısı olan ABŞ psixoloqu və komiks yazarı Uilyam Molton Marstonun həyatından bəhs edən ABŞ bioqrafik dram filmi. Ssenari müəllifi və rejissoru Ancela Robinson olan, baş rollarını Lyuk Evans, Rebekka Holl və Bella Hitkotun canlandırdığı film, ilk dəfə 2017 Toronto Beynəlxalq Film Festivalında təqdim edilmişdir.
Məzmun Filmdə, Dr. Uilyam Molton Marstonun həyatı, 1941-ci ildə Ecazkar qadın obrazını yaratması, onun həyat yoldaşı Elizabet və partnyoru Oliv Birnlə münasibətlərindən bəhs edilir. Gənc qızların ilhamlandırılması üçün, o, Çarlz Molton ləqəbi altında, həyatında olan iki qadının feminizm ideyalarını əks etdirən superqəhrəman obrazı yaradır.
Rollarda Lyuk Evans — Uilyam Molton Marston Rebekka Holl — Elizabet Hollvey Marston Bella Hithkot — Oliv Birn Cey Cey Fild — Çarlz Qayett"Charles Guyette in Robert Harrison Magazines: Wink, Flirt, Eyeful, Beauty Parade, Whisper, Titter…. Corsets, Stockings, Ultra-High Heel Shoes and Boots!…" fethistory.blogspot.com Retrieved 9 oktyabr 2017."Charles Guyette: fetish pioneer who influenced Klaw, Willie & Burtman" The Fetishistas. 25 August 2017 Oliver Platt — Maks Geynes Konni Britton — Cozett Frank
İstehsal Filmin əsas çəkilişlərinə 2016-cı il oktyabrın əvvəllərində start verilmişdir. "Topple Productions" və "Boxspring Entertainment"in prodüserlik etdiyi filmin beynəlxalq distribütorluq haqqlarını "Annapurna Pictures" almışdır. Emmi Redford və Terri Leonard da filmin prodüserliyini etmişlər.
Çıxarılması Film 13 oktyabr 2017-ci ildə ABŞ-də Annapurna Pictures tərəfindən çıxarılıb. Dünya primyerası isə 2017-ci ilin sentyabrında Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2017-ci ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2010-cu illərin bioqrafik filmləri Kateqoriya:2010-cu illərin dram filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin bioqrafik filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Yazıçılar haqqında bioqrafik filmlər Kateqoriya:Digər mediada Ecazkar qadın Kateqoriya:Annapurna Pictures filmləri Kateqoriya:LGBT mövzulu ABŞ filmləri Kateqoriya:2010-cu illərin feminist filmləri Kateqoriya:2017-ci ilin ABŞ filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:2017-ci ilin dram filmləri Kateqoriya:2017-ci ilin bioqrafik dram filmləri Kateqoriya:Qadın biseksuallığı haqqında filmlər Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Dramlar Kateqoriya:ABŞ-nin bioqrafik dram filmləri Kateqoriya:2017-ci ilin ingilis dilli filmləri Kateqoriya:2017-ci ilin müstəqil filmləri