thumb|Şinri Tezuka tərəfindən hazırlanmış amezayku. – Yaponiya şəkər sənəti. Sənətçi maqqaş və qayçı kimi alətlərdən istifadə etməklə rəngli irislərdən müxtəlif şəkər heykəllər hazırlayır. Amezayku sənətçisi əsərini daha gözəgəlimli etmək üçün onu yeməli boyaqlarla rəngləyir. Əsasən heyvan və cücü formalarına üstünlük verilir. Amezayku sənəti ilə adətən küçə sənətçiləri məşğul olur. Tanınmış amezayku sənətçilərindən Kendi Miyukini göstərmək olar.

Amezayku sənəti Yaponiyaya Heyan dövründə Çindən gəlmişdir və ancaq Kioto şəhərində tanınırdı. Daha sonra Edo dövründə bu sənət bütün Yaponiyada yayılaraq küçə sənətinə çevrilmişdir. Bu dövrdə mizuame də geniş yayılmışdır. Edo dövründə amezayku sənəti indiki halını almışdır.

Amezaykunun hazırlanması üçün lazım olan ən vacib kompanent düyü və ya kartof nişastasından hazırlanan mizuame adlı şirinləşdirici maddədir. Əridilmiş bu şirinləşdirici fen ilə lazım olan temperatura qədər qızdırılır. Ağ rəngdə olan bu maddə lazım olarsa boyaq maddələri ilə rəngləndirilir. Doğru qatılığa çatdıqdan sonra uzun, incə çubuqlarla yetərli miqdarda alınır. Forma vermək üçün alətlərdən və barmaqlardan istifadə olunur. Forma vermə prosesində sürətli davranmaq lazımdır, əks halda istənilən yumşaqlıq itiriləcəkdir.

Paketləşdirilmiş amezaykulara da rast gəlmək mümkündür.

İstinadlar

Həmçinin bax Kendi Miyuki

Xarici keçidlər

Amezayku sənətçisinin şəkil qalereyası

Kateqoriya:Yaponiya incəsənəti Kateqoriya:Yaponiya şirniyyatları