Antil cərəyanı — Atlantik okeanın ərazisindən keçən isti dəniz cərəyanı. Baham adalarının şimalında Florida cərəyanı ilə birlikdə Qolfstrim cərəyanını təşkil edir. Şimal Ekvatorial cərəyanının Antil adalarına çatması və Koriolis qüvvəsinin təsiri nəticəsində şimala doğru istiqamətlənir. Suyunun temperaturu fevralda +25 °C, avqustda isə +28 °C olur. Sürəti 0,9 — 1,9 km/s təşkil edir. Duzluğu 36—37‰ olur. Mənbə Antil cərəyanı

Kateqoriya:Atlantik okean cərəyanları