Elementar sirkulyasiya mexanizmləri Multanovskinin yaratdığı elmi məktəbin ideaları B.L.Dzedzeyevskinin tədqiqatlarında öz əksini tapmışdır. Dzedzeyevski şimal yarımkürəsində baş verən makro proseslərin təsnifatını vermişdir. O yer səthində baş verən proseslərin dinamikasını təhlil etdiyi zaman müəyyən etmişdir ki, müxtəlif sirkulyasiya situasiyaları tez-tez təkrarlanır. Həmin situasiyaları sonradan Dzedzeyevski elementar sirkulyasiya mexanizmləri adlandırmışdır.Монин А.С. Введение в теорию климата. Л.1982-246с. Elementar sirkulyasiya mexanizmlərinin fəaliyyət müddəti Elementar sirkulyasiya mexanizmlərinin fəaliyyət müddəti 1-10 günə bərabərdir. ESM dəyişilməsi sıçrayışla baş verdiyi müəyyən olmuşdur. Təhlil zamanı Dzedzeyevski 1899-1948 ilə kimi ABŞ-də nəşr olunan sinoptik xəritələrin və 1949-cu ildən başlayaraq isə SSRİ hidrometeoroloji mərkəzinin Mərkəzi Proqnozlar İnstitutunun çap etdiyi xəritədəki məlumatlardan istifadə etmişdir. Elementar sirkulyasiya mexanizmlərinin əsas tipləri Elementar sirkulyasiya mexanizmlərinin tipləşdirməsi zamanı onların aşağıdakı xassələrindən istifadə edilmişdir: Polyar hövzədən daxil olan əsas hava kütlələrinin sayı və istiqaməti Tropik zonadan daxil edilən hava kütlələri (cənub kütlələr)Хргиан А.А. Физика атмосферы. М. 1986-328 с Dzedzeyevski müəyyən etdiyi 4 elementar sirkulyasiya mexanizmlırini 13 əsas tipdə birləşdirmişdir. Apardığı tədqiqatlar nəticəsində alim şimal yarımkürəsində baş verən makroproseslərini ümumiləşdirərək 4 qrup sirkulyasiyaya ayırmışdır: Zonal sirkulyasiya. 1-2 tipləri əhatə edir Zonallığın olmadığı sirkulyasiya. 3-7 tipləri əhatə edir. 8-12 tipləri əharə edən meridional şimal sirkulyasiyası Meridional cənub sirkulyasiya. Cəmi 1 tipi – 13 tipi əhatə edirКислов А.В. Теория климата. М. 1989-148 с Həmçinin bax Atmosfer sirkulyasiyası Xarici keçidlər Atmosferin sirkulyasiyası İstinadlar
Kateqoriya:Atmosfer Kateqoriya:İqlim