Aminonitrillər (aminokarbon turşularının nitrilləri) ümumi formulu H2NRCN olan üzvi birləşmələrdir.

Xassələri Maye və bərk halda olan maddələrdir; suda pis, üzvi həlledicilərdə isə yaxşı həll olurlar; yandırıcıdırlar, toksikidirlər. Onlar üçün aminlərə və nitrillərə məxsus xassələr xarakterikdir. Məsələn, aminturşularadək H2NRCOOH hidroliz etmək, diaminlərə H2NRCH2NH2 reduksiya olunmaq, amin qruplarının alkilləşməsi.

Alınması Aminonitrillərin əsas alınma üsulları: ammonyakın və ya aminlərin hidroksinitrillərə doymamış nitrillərə təsiri, dinitrillərin reduksiyası onların Torp-Siqlerə görə tsiklləşməsi

Tətbiqi Aminonitrillər — aminturşuların, vitaminlərin, dərman maddələrinin, yuyucu vasitələrin, monomerlərin laboratoriyada və sənayedə sintezi üçün ilkin maddələr və aralıq məhsullarıdır. Məsələn, ε-kaprolaktamın sintezində ε-aminokapronitrilin hidrolizindən istifadə olunur.

Ədəbiyyat Зильберман Е. Н., Реакции Нитрилов, М., 1972. Taylor E. C., Mekillop A., The chemistry of cyclic enaminonitriles, N. Y., 1970.

Kateqoriya:Üzvi maddələr