Axsadan baba türbəsi — Bərdə rayonunda yerləşən və XIV əsrdə tikilmiş türbə.

Axsadan baba türbəsi xüsusi tarixi əhəmiyyət kəsb edir. Türbənin yalnız yeraltı hissəsi qalıb. Sərdabənin altıpərli yastı günbəzi var. Pərlər kəsmə daşdan quraşdırılıb, zəngin ornamentlərlə bəzədilib. Taxçalardakı kaşı üzlüyündə çoxgüşəli və ulduzşəkilli naxışlar var. Kitabələri dağıdılıb. XX əsrin əvvəlində bolşevik-daşnak istilası dövründə Bərdənin əslən erməni olan rayon İcraiyyə Komitəsinin sədri Xaçımovun və bir erməni memarın göstərişi ilə Axsadan baba türbəsi tamamilə sökülüb, söküntüdən çıxan kərpicləri və qəbristanlıqdakı baş daşlarını əridib əhəngə çevirərək Bərdədə indi köhnə mehmanxana deyilən binanı tikiblər. Məlumata görə, Axsadan baba türbəsinin şəkli XX əsrin əvvəlində rus rəssamı tərəfindən çəkilmiş və indi Azərbaycan tarixi muzeyindədir.

Buradakı İmamzadə məscidinin divarlarına bitişik bir sinə daşı da var. Bu daşın üzərində əski əlifba ilə və rusca "Здесь покоится Мамед бек Джеваншир" yazılıb. Maraqlı cəhət odur ki, ermənilər sovet dövründə Axsadan baba türbəsindəki digər qəbirləri dağıdarkən bu sinə daşının üzərində rusca yazılan hissədə Məhəmməd bəy Cavanşirin ölüm və doğum tarixini pozublar.

Mənbə Л. С. Бретаницкий, Б. В. Веймарн. Искусство Азербайджана IV—XVIII веков. — М., 1976. Стр. 133.

İstinadlar

Xarici keçidlər Axsadan baba türbəsi TARİXİ ABİDƏNİN YALNIZ QALIQLARI QALIB Bərdədə 1322-ci ildə tikilmiş Axsadan baba türbəsinin hazırda xarabalıqları qalır Axsadan Baba Türbəsinin xarabalıqları

Kateqoriya:Bərdə rayonunun türbələri Kateqoriya:XIV əsrdə tamamlanmış tikililər