Koreya silahsızlaşdırılmış zonası (; ) — Şimali Koreya ilə Cənubi Koreya arasında yerləşən və Koreya yarımadasının iki hissəyə bölən 250 km uzunluğunda və 4 km enində sərhəd xətti. Zona koreya müharibəsindən sonra 1953-cü ildə Şimali Koreya, Çin və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış müqavilədən sonra yaradılmışdır. Koreya silahsızlaşdırılmış zonası dünyada ən ciddi şəkildə mühafizə edilən sərhəd xəttlərindən biri hesab olunur və qarşı tərəfə keçid yalnız xüsusi icazə əsasında, məhdud sayda məntəqələrdən mümkündür.

Kateqoriya:Koreya müharibəsi Kateqoriya:Şimali Koreyanın ərazi mübahisələri Kateqoriya:Cənubi Koreyanın ərazi mübahisələri Kateqoriya:Siyasi coğrafiya Kateqoriya:Soyuq müharibə terminləri Kateqoriya:Beynəlxalq sərhədlər