Kataloniya (; ; ) və ya rəsmi adı ilə Katalan Respublikası (, , ) — 1 oktyabr 2017 tarixində Kataloniya Muxtar Vilayətinin ərazisində katalan hakimiyyətinin keçirdiyi müstəqillik haqqında referendumun nəticələrinə əsasən, 27 oktyabr 2017 tarixində müstəqillyini elan edən və cənub-qərbi avropada yerləşən tanınmamış dövlət, İspaniya Krallığı daxilində yerləşən de-yure inzibati ərazi vahidi.
Coğrafiyası Kataloniya Avropanın cənub-qərbində, Piriney yarımadasında yerləşir. Şimalda Fransa və Andorra, qərbdə İspaniyanın Araqon, cənub-qərbdə isə İspaniyanın Valensiya regionu ilə həmsərhəddir. Ölkənin şərqində Aralıq dənizi yerləşir. Sahil xəttinin uzunluğu 580 kilometrdir. Barselonadan başqa Kataloniyanın digər böyük şəhərləri Tarraqona, Leyda, Jirona, Manresa, İqualada, Martorel, Terrassa və Sabadeldir.
İqtisadiyyatı
Kataloniya iqtisadi nöqteyi-nəzərdən İspaniyanın ən inkişaf etmiş bölgəsi sayılırdı. Kataloniyanın ümumi daxili məhsulunun həcmi Finlandiya və Danimarkanın ümumi daxili məhsulunun həcmi qədərdir. Adambaşına düşən ümumi daxili məhsul isə Almaniyadakı səviyyədədir. İspaniyanın kimya, maşınqayırma və tikiş sənayesinin böyük hissəsi Kataloniyada yerləşirdi. Yeraltı sərvəti olmayan Kataloniyada kənd təsərrüfatına əhalinin cəmi 2%-i cəlb olunub. İqtisadiyyatının aşağıdakı sahələri vardır.
Plastik kütlənin istehsalı — 4% Elektronika və maşınqayırma — 6% Farmasevtika və kimya sənayesi — 16% Toxuculuq istehsalı — 6% Kağız və çap sənayesi — 7% Metallurgiya — 9% Qida sənayesi — 17% Nəqliyyat təchizatı — 13% Hasilat sənayesi — 8% Digər — 8%
Xarici əlaqələr
BMT dövlətləri tərəfindən tanınması
Katalan Respublikasını rəsmi olaraq tanıyan müstəqil bir dövlət yoxdur. Aşağıda sadalanan ölkələr Katalan Respublikasını tanımadıqlarını və İspaniyanın torpaq bütünlüyünü dəstəklədiklərini bildiriblər:
Belçika və Sloveniya mövqelərini dilə gətirmədən münaqişəni sülh yolu ilə həll etməyə çağırmışdır, halbuki Macarıstan İspaniyanın daxili siyasətinə qarışmaqdan imtina etmişdir.
Əhalisi 2016-cı ildə keçirilən əhali siyahıyaalmasına əsasən Kataloniyanın əhalisi 7,522,596 nəfərdir.
Bayramlar Hər il 11 sentyabrda Kataloniya günü kimi qeyd olunur.
Həmçinin bax Kataloniya müstəqillik referendumu (2017) Kataloniya başlanğıcı Kataloniya
İstinadlar
Xarici keçidlər Kataloniya Höküməti Kataloniya Parlamenti
Kateqoriya:2017-ci ildə yarananlar Kateqoriya:Tanınmayan və ya qismən tanınan dövlətlər Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Tanınmamış tarixi dövlətlər Kateqoriya:Yaranmamış dövlətlər Kateqoriya:2017-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Sürgündəki hökumətlər